Azərbaycanla bazarlıq edən Gürcüstanın yeni qaz planı

Gürcüstan qaz tələbatını ödəmək üçün yeni marşrutlar axtarışına davam edir.

ANS PRESS-in məlumatına görə, Rusiya ilə qaz sövdələşməsinin ardınca, qonşu ölkə indi İrandan qaz alışı məsələsini gündəmə salıb. Bu barədə ölkənin energetika naziri Kaxa Kaladzenin yeni açıqlaması da diqqət çəkir. Gürcü nazir İrandan tədarük ediləcək qazın iki yolla ölkəyə çatdırılma imkanını vurğulayıb.

Kaxa Kaladze bildirib ki, yeni qaz kəməri Gürcüstana ya Azərbaycan, ya da Ermənistan ərazisindən keçməklə çəkilə bilər. Amma Kaladze hələlik İranla qazla bağlı birbaşa heç bir danışığın aparılmadığını da söyləyib.

Azərbaycanlı iqtisadçı mütəxəssislər Gürcüstanın son vaxtlar qazla bağlı narahatlığının əsas səbəbini Azərbaycandan aldığı mavi yanacağın qiymətinin aşağı salınması məsələsi ilə əlaqələndirirlər. Xəzər Enerji və Ətraf Mühit Mərkəzinin rəhbəri, iqtisadçı Elnur Sultanovun fikrincə, qonşu ölkə qazla bağlı alternativ ölkələr axtarışını elan etməklə qiymət endiriminə nail olmaq istəyir:

“Düşünürəm ki, Gürcüstan bu addımla Azərbaycana qarşı əlini möhkəmlətməyə çalışır. Onların Rusiyadan, daha sonra İrandan qaz alacaqlarını bildirməkdə məqsədləri bizim bu ölkəyə satdığımız qazın qiymətinin aşağı salınmasına yönəlib. Amma Gürcüstan unutmamalıdır ki, bu ölkə Azərbaycan üçün elə də böyük bazar deyil. İldə ora təxminən 1 mld kub metr qaz ixrac edilir ki, bunu da Azərbaycan Türkiyəyə, həm də daha yüksək qiymətə verə bilər”, – deyə iqtisadçı diqqətə çatdırdı.

Bununla belə, Elnur Sultanov Rusiya və İranla müqayisədə Gürcüstan üçün əlverişli yeni alternativ qaz ixracatçısı kimi İranı görür. Çünki Rusiyanın siyasi təzyiq riskinə görə gürcü xalqının etirazı hökumət tərəfindən nəzərə alınmalıdır.

İrandan alınacaq qazın Ermənistan və ya Azərbaycan üzərindən çəkilməsinə gəlincə, iqtisadçı düşünür ki, bunun bizim üçün elə ölkəmizin ərazisindən keçməsi daha məqsədəuyğundur. Belə ki, bununla həm tranzit rolunu qazanmış olarıq, eyni zamanda elə qazla bağlı tərəfdaşlığımız da qaydası ilə davam edər.

Elnur Sultanov – iqtisadçı

Amma Azərbaycandan çəkiləcək qaz kəmərinin daha uzun marşrutu əhatə etdiyi nəzərə alınarsa, bu, Gürcüstan üçün daha …read more

From:: ANS