Bakıdakı Qafqazın ən böyük məscidinin səmadan möhtəşəm görünüşü (VİDEO)

Bu gün prezident İlham Əliyevin doğum günüdür. 53 yaşı tamam olan ölkə başçısı bu dəfə də ad günündə iş başında oldu. Xanımı Mehriban Əliyeva ilə əvvəlcə paytaxtın Qafqazın ən böyük Heydər məscidinə baş çəkdi.

ANS TV-nin məlumatna görə, dövlət başçısı bu gün Binəqədi rayonu ərazisində inşa edilən Heydər məscidində aparılan son tamamlama işlərinin gedişiylə tanış olub. Prezident və xanımına məscidin tikintisiylə bağlı məlumat verilib. Prezident İlham Əliyevin tapşırığı ilə inşa olunan yeni məscid 12 min kvadratmetr sahədə salınıb. Artıq məscidin fasadında bütün işlər görülüb, 72 metr hündürlüyündə 4 minarənin inşası isə başa çatıb.

Məscidin fasadı Şirvan-Abşeron memarlıq üslubunda xüsusi daşlarla üzlənib. Ornamentlərin zənginliyi məscidin fasadının arxitekturasında xüsusi harmoniya yaradıb. Ümumi sahəsi 4 200 kvadratmetr olan məscidin daxilində də tamamlama-bəzək işləri başa çatmaq üzrədir. Burada da xüsusi bəzək elementlərindən istifadə olunub, günbəzin kənarlarına Quran ayələri yazılıb.

…read more

From:: ANS