MTRŞ tərcüməsiz xarici dildə yayıma niyə imkan verir?

Bir neçə il Türkiyədə yaşayan Azərbaycan qızı, Tovuz rayonunun Düz Cırdaxan kəndində anadan olan və Orta məktəbi doğma Düz Cırdaxan kəndində bitirən Günay Musayeva nə tez doğma dilini unudub və gənc iştirakçını belə kobudcasına milyonlarla tamaşaçı qarşısında alçaltmağa ona kim icazə verib? Bundan əlavə Tovuz rayonunun Düz Cırdaxan kəndində anadan olan və Orta məktəbi doğma Düz Cırdaxan kəndində bitirən Günay Musayeva niyə türk dilində danışır? Azərbaycan Respublikasının KİV haqqında qanunlarını belə kobudcasına pozmağa və efirdə tərcüməsiz yayımlanmağa MTRŞ ona niyə icazə verir???

ATV-də yayımlanan “Bu stil mənim” verilişi yenidən sosial şəbəkədə müzakirə mövzusuna çevrilib. Belə ki, şəbəkə iştirakçıları münsif Günay Musayevanın iştirakçı Günel Məmmədovaya irad bildirməsi və iştirakçının ağlamasını tənqid ediblər. Hətta model və iştirakçıların yerli proqramda Türkiyə türkcəsində danışması da birmənalı qarşılanmayıb.

ANS PRESS-in məlumatına görə, layihəni hazırlayan “Renk Medya” şirkəti tənqidlərə cavab olaraq sosial şəbəkədə proqramda yaşanan qalmaqal barədə açıqlama yayıb:

“Münsif Günay Musayevanın iştirakçı Günel Məmmədova haqda səsləndirdiyi fikirlər tamamilə doğrudur. Biz “Renk Medya” olaraq qızların müsabiqəyə hazırlıq dövrünü izləyirik. Günel bu həftə qızlara bildirib ki, münsiflər onu sevir, dəstəkləyir, heç kim ona heç nə edə bilməz. Biz də Günelin sözlərini münsif Günay xanıma çatdırdıq. Günay xanım Güneli çox sevir. Digər iştirakçılara haqsızlıq olmasın deyə Günay xanım Günelə iradını bildirdi. Bu Günay xanımın şəxsi iradı deyil. Bu, “Renk Medya”nın iştirakçıya Günay Musayeva vasitəsilə çatdırdığı fikirdir. Xahiş edirik ki, bilib-bilmədən proqramda olanlar haqda fikir bildirməyin”.

Günay Musayeva və müsabiqə iştirakçısı Günel Məmmədova

Şirkət verilişdə Günay Musayevanın Türkiyə türkcəsində danışmasına da münasibət bildirib:

“Münsif Günay Musayevanın proqramda Türkiyə türkcəsində danışmasına aydınlıq gətirmək istəyirik. O yalnız “Bu stil mənim” proqramında efirə çıxmır. Dünyanın və Türkiyənin tanınmış bir çox dəfilələrində baş model olaraq podiuma çıxır, film və seriallara çəkilir. İştirak etdiyi layihələrdə Türkiyə türkcəsində danışır. 6 il …read more

From:: ANS