Azərbaycan əhalisi fond bazarında qazana biləcək

“Yaxın günlərdə bazara Maliyyə Nazirliyi tərəfindən manat istiqrazları buraxılacaq.” ANS PRESS-in məlumatına görə, bu barədə Azərbaycanın maliyyə naziri Samir Şərifov “Hesabat”a verdiyi müsahibədə danışıb. Nazir Şərifov istiqrazlara qoyulan faizin yüksək olacağını deyib:

“Yaxın günlərdə bazara Maliyyə Nazirliyi tərəfindən manat istiqrazları buraxılacaq. İstiqrazlara qoyulan faizlər isə yüksək olacaq. Əhaliyə tövsiyə edərdim ki, manatlarını bu istiqraza qoysunlar. Faizlər isə inflyasiyadan çox olacaq. Dövlət Qiymətli Kağızlar Komitəsi tərəfindən bu istiqrazlar bir həftə ərzində dövriyyəyə buraxılacaq”.

Samir Şərifov həmçinin bildirib ki, manatla borc öhdəliklərinin buraxılmasında əsas məqsəd milli valyutaya etimadın artırılması və əhalinin əmanətlərinin bazara cəlb edilməsidir: “Bununla yanaşı, dollar istiqrazları üzrə gəlirlilik bank əmanətləri üzrə faiz dərəcələrindən aşağı olacaq ki, bank sektorundan valyuta axınına yol verilməsin”. …read more

From:: ANS