Samir Şərifov: Dövlət vətəndaş üçün böyük addım atıb (VİDEO)

“Hesabat” Azərbaycanın maliyyə naziri Samir Şərifovla krediti dollarla götürmüş vətəndaşların intizarı barədə də danışıb. “Hesabat”ın sualı həm kimlərəsə tətbiq ediləcək güzəştlərlə bağlıdır, həm də belə vətəndaşların düşdüyü vəziyyətdə dövlətin görə biləcəyi başqa işlərlə. Nazir Şərifova diqqətlə qulaq asın. Vəziyyətin çıxılmaz olmadığını hesab etmək olar.

– Samir müəllim son zamanlar belə bir təkliflər səslənir ki, əhalinin 5 min manatadək olan kreditlərinə hökumət tərəfindən hanısa bir güzəştlər təklif olunmalıdır. Büdcənin müzakirəsi zamanı belə bir güzəşt edilməsi mümükündürmü? Əgər güzəştlər edilsə, bu nəyin hesabına olunacaq?

– Əgər güzəşt edilmə məsələsi qərara alınsa onda bu yaxşıca yoxlanılmalıdı. Hesab edirəm ki, hökumət tərəfindən böyük bir addım artıq atılıb. Bu addımlardan ən əsası, dövlət başçısının insanların banklara yerləşdirdiyi əmanətlərlə bağlı idi. Yəni, əgər bank bağlansa dövlət söz verir ki, yüz faiz vətəndaşın qoyduğu əmanətin pulu ona qaytarılacaq. Bu həmçinin bank sektoruna dövlət tərəfindən böyük bir dəstək hesab olunur.

İstehlak kreditlərini bankalar yüksək fazilə verir. Bu zaman banklar yüksək gəlir əldə ediblər. Bu məslələr ətrafında müzakirələr davam edir…

…read more

From:: ANS