Belə yaramaz! (VİDEO)

Bir daha təkrar edirəm: hər şey göz qabağındadır. Bəs onda səbəb nədir? Bəlkə səbəb elə budur. Hər şeyin göz qabağında olması. Bəs kim hər şeyin göz qabağında olmasını istəmir. Biz elə doğrunu dediyimiz, hər şeyi açıb göstərdiyim üçün kiməsə mane oluruq bəlkə?! Bəs o kim kimdir axı?

Bizi öz suallarımıza görə cəzalandırmaq hansı ağıllının ağlına gələ bilərdi axı? Axı biz nə istəmişik: soruşmuşuq ki, MTRŞ Prezidentin ayırdığı 12 milyon manata qədər vəsaiti hara və konkret olaraq hansı ad və soyadlara istiqamətləndirib. Burda nə qəbahət, nə cinayət var? Bu gün də soruşuruq, əslində bunu Milli Televiziya və Radio Şurası bütün sivil ölkələrdə olduğu kimi adi statistik məlumat kimi öz saytında çoxdan yerləşdirməliydi. Özünün mötəbər heyətinin tərcümeyi-halı kimi. Hər şərdə bir xeyir var deyilblər. Yaxşı ki, son hadisə baş verdi. Bu çiban partlamalıydı və partladı. Azərbaycanın sağlam və xəstə qüvvələrinin sərhədləri bəlli oldu.

Biz dürüst gördük ki, Azərbaycanın sağlam gələcəyini istəyənlər və istəməyənlər kimdir. Xalqımızın potensialı böyükdür. Hər şey yaxşılığa doğrudur. Elə bil neftin də qiyməti bu sağlam ovqata dəstək olaraq qalxır. Amma Azərbaycanda müstəqilliyimizi qorymaq, inkişaf etdirmək yalnız əmin-amanlıq şəraitində ola bilər. Bəlkə “Hesabat”ın bağlanmasının bir səbəbi də buydu?

Azərbycanda narazılıq, qarışıqlıq yaratmaq, vəziyyəti gərginləşdirmək, camaatı küçələrə çıxarmaq istəyənlərin qarşısını almaq üçün atdığımız addımlar, verdiymiz məlumatlarla onu sakitləşdirmək kiminsə xoşuna gəlmir bəlkə. Bəlkə kiminsə bu dağıdıcılığa xərclənən milyonları batır? Bir sözlə yaxşı oldu ki, belə oldu. “Hesabat”ın bağlanması qərarıyla başqa hesabatların tələb olunması zərurəti yarandı.

Öz qulluq mövqeyindən sui-istifadə edərək mənəviyyat “qekaçepe”çiliyi yaradan bir qutu məmur dövlət başçısının sağlam məntiqi və həqiqətə söykənən iradəsi ilə toqquşdu və bu qeyri-bərabər döyüşdə, təbii ki, dövlət və dövlət başçısı qalib gəldi… Oyun qurtardı.

Bu gün Azərbaycan dövlətinin gələcəyi başqa yanaşma, novatorluq tələb edir. Prezident savadsız, müasir dövrün idarəçilik üslubundan 100 illik ucqarda yerləşən, geri və köhnə qalmışlarla son və qəti mübarizəyə girib. Və bütün sağlam …read more

From:: ANS