Bu il gəlirlərimiz artacaq (VİDEO)

Azərbaycanın maliyyə naziri Samir Şərifov ANS TV-nin “Hesabat” verilişində Mir Şahinin qonağı olub. Söhbət zamanı dövlət büdcəsindən – neftin qiymətinin aşağı düşməsindən sonra kiçilən gəlirlərimiz və xərclərimizdən, büdcəyə ediləcək dəyişiklərdən danışılıb.

– Cənab nazir, büdcəyə yenidən baxılacaq. Neft artıq qiymət etibarı ilə 28 dollar ətrafında səndəliyir. Hansı dəyişikliklər gözlənilir?

– 2015-ci ilin dekabrında manatın növbəti ucuzlaşması şübhəsiz ki, dövlət büdcəsi xərclərində də bir sıra dəyişikliklərin edilməsini zəruri etmişdir. Bu xərclər hansılardır? İlk növbədə bizim xarici valyutada borclarımıza xidmət edilməsi ilə bağlı xərclər, xaricdə saxladığımız diplomatik nümayəndələrimizin xərcləri. Çünki xaricdə olan nümayəndəliklərimizin maaşı xarici valyuta ilə ödənilir. Beynəlxalq təşkilatlara olan üzvlük haqqlarımız və buna oxşar xarici valyutada ifadə olunmuş öhdəliklərimiz. Bütün bunlar dövlət büdcəsində yeni məzənnə ilə əks olunmalıdır.

Digər tərəfdən manatın devalvasiyası ilə əlaqədar müəyyən inflyasiya təzyiqləri, yəni qiymətlərin artımı mövcuddur. Bunun üçün dövlət müəyyən tədbirlər görür və yeni sərəncamlar imzalanıb. Bunun bir qismi pensiyaçıların sosial müdafiəsini gücləndirməyə, əmək haqqlarının və sosial müavinətlərin artırılmasına yönəlib. Bir sıra yeni sosial yönümlü sərəncamların da imzalanması gözlənilir. Buraya işsizliyin azaldılması, ünvanlı sosial yardıma dövlət büdcəsindən əlavə vəsaitlərin ayrılması və tələbələrin təqaüdlərinin artırılması aid olacaq. Amma bütün bu işləri görmək üçün lazım olunan 1 milyard manat dövlət büdcəsində olmalıdır. Amma hazırda təsdiq olunmuş büdcədə bu mövcud deyil.

Dövlət büdcəsinə baxılmağı tələb edən digər səbəb isə hazırda mövcud olan gəlir mənbələrindən həmişəkindən daha az gəlir əldə edəcəyik. Bildiyiniz kimi, Azərbaycanda fəaliyyət göstərən beynəlxalq neft şirkətləri dövlət büdcəsinə mənfəət vergisi ödəyir. Bu mənfəət isə onların əsas fəaliyyət növü olan neft-qazdan bilavasitə asılıdır. Bu sahədəki vəziyyət isə hər kəsə aydındır. Neftin qiyməti durmadan enir. 2016-cı ilin dövlət büdcəsi hesablananda neftin bir barelinin qiyməti 50 dollar idi. Büdcəyə yenidən baxılanda isə bu rəqəm 25 dollar olacaq. Bu isə neft sahəsindən əldə olunan gəlirlərin azalması deməkdir. Amma ilin ikinci yarsından sonra isə neftin qiymətində artım gözlənilir. Nəzərə alsaq ki, …read more

From:: ANS