Senz və urrrra! (VİDEO)

Bugünkü “Hesabat”da, yəni bağlanması barədə MTRŞ-nın qərar çıxardığı “Hesabat”da Azərbaycanın maliyyə naziri Samir Şərifovun müsahibəsi olmalıydı. Özü də çox mühüm və hər birimizin həyatına sirayət edən sualların cavablarından ibarət böyük müsahibə. İlk müəmmalı sualım elə özümüzə bu olacaq:

Kim istəmirdi ki, bu müsahibə efirə getsin? Bu iki gündə kifayət qədər vaxtım oldu və apardığım təhlillər nəticəsində belə qərara gəldim ki, bu faktın bir daş altı, bir daş üstü maraqları var. “Hesabat”ı bağlamaqda məqsəd təkcə əhalini nazirin müsahibəsinə qulaq asıb sakitələşmək şansından məhrum etmək deyildi.

Görünür, bu müsahibənin efirə getməsini həm də ona görə arzulamırdılar ki, devalvasiyadan sonra çoxlu suallarla üz-üzə qalan insanlar bu sualların cavabını tapandan sonra sakitləşəcək və xeyli rahat olacaqdılar. Əlbəttə, biz bu müsahibəni efirə verəcəyik. Elə bu gün. Amma müsahibədən əvvəl mən yaranmış vəziyət barədə bəzi fikirlərimi paylaşmaq istəyirəm.

Milli Televiziya və Radio Şurası ANS-in “Hesabat” verilişini bağlamaq barədə qərar çıxardı, rəsmi səbəbin nə olmasını qətiyyən ciddiyə almadan deməliyəm ki, bu qərar qurumun ANS-ə münasibətinin birtərəfli olması ilə bağlı idi. Və biz də elə bunu deyirdik. Deyirdik ki, MTRŞ ANS-ə qərəzli yanaşır. Özünü tənqiddən yuxarıda qoyur, toxunulmazlığa iddia edir. Bu isə dövlət başçısının ictimai nəzarət, şəffaflıq tələblərinə, baş vermiş nöqsanlar barədə birbaşa ona məlumat çatdırılması barədə əmrlərinə kökündən ziddir…

Biz göstərmişik, göstəririk və göstərəcəyik. Olduğu kimi. Ona görə ki, son hadisə zamanı dövlətin dostu və düşməninin kim olduğunu bir daha gördük. Elə burdaca Prezident İlham Əliyevə – demokratiya və azad fikrə növbəti dəfə verdiyi dəstəyə görə minnətdarlığımızı bildiririk.

Vahid Mustafayevin açıqlamasında deyildiyi kimi, “həmişə azad söz və mətbuata dəstək olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev baş verən hadisə barədə xaricdə səfərdə olmasına baxmayaraq məlumat alandan, vəziyyəti dəqiqləşdirəndən sonra lazımi qurumlara ANS TV-nin “Hesabat” proqramının yayımı ilə bağlı qoyulan qadağanın dayandırılması ilə bağlı göstəriş verdi”. Çox sağ olsun! Bir daha təşəkkürümüzü bildiririk. …read more

From:: ANS