Qubaya qar yağıb

Artiq 2-ci gündür ki, ölkənin şimalına qar yağır.

Quba ərazi hidrometerologiya müəssisəsindən ANS PRESS-ə verilən məlumata görə, gecə saatlarından Quba və Qusara qar yağmağa başlayıb. Daha çox qar hər iki rayonun və Xızınındağlıq ərazilərində müşahidə olunur.

Qubanın Xaltan və Xızının Altıağac yaşayış məntəqələrində qarın hündürlüyü 10 sm təşkil edir.

Səhər saatlarında bölgədə 1 dərəcə şaxta qeydə alınsa da, gündüz saatlarında hava mülayimləşib. Hazırda yağıntı dayanıb. Lakin Quba ərazi hidrometrologiya müəssisəsinin məlumatına görə, axşam saatlarından başlayaraq hava yenidən qarlı olacaq.

Hələlik Quba –Qusar rayonlarında enerji və qaz sahəsində, eləcə də yollarda ciddi problem yaranmayıb, rayon Fövqəladə hallar komissiyası (FHK) problemin yaşanmaması üçün xüsusi qərargah yaradıb, qabaqlayıcı tədbirlər görülür.

…read more

From:: ANS