Məscid çökdü, ölü və yaralılar var

Küveytdə 20-dən çox insanın xəsarət alması ilə nəticələnən bədbəxt hadisə baş verib. Tikilməkdə olan məscid uçub.

ANS PRESS-in məlumatına görə, hadisə Sabah Əl-Əhməd şəhərində qeydə alınıb. Ərazidə məktəbin olduğunu vurğulayan xarici kütləvi infrmasiya vasitələri hadisə zamanı ölənlərin də olduğunu bildirirlər.

Məscidin uçmasının səbəbi hələlik açıqlanmayıb.

Ölkənin “Əl-Küveyt” telekanalı da yaralılardan bəzilərinin həlak olduğunu bildirir. Lakin hələlik ölənlərin sayı dəqiq deyil.

Hadisənin terror aktı olması da istisna edilmir.

Küveyt xəritədə

Son vaxtlar Küveyt məscidlərində bir sıra partlayışlar törüdilib. Ötən ilin iyun ayının 26-da şiələrin ibadət üçün getdiyi məsciddə cümə namazı əsnasında partlayış törədilib. Nəticədə azı 13 nəfər həyatını itirib, onlarla insan yaralanıb.

Məsciddə törədilən terror aktını ilkin mərhələdə heç bir terror təşkilatı öz üzərinə götürməsə də, sonradan partlayışı İŞİD terror təşkilatı öz üzərinə götürdü və hadisənin də Əbu Süleyman əl-Muvahed adlı terrorçu tərəfindən törədildiyi bildirilib.

Həmin hadisədən əvvəl Səudiyyə Ərəbistanı və Yəməndə baş verən terror hadisələrini də İŞİD öz üzərinə götürmüşdü.

Küveyt məscidində törədilən terror aktından sonra məscidin vəziyyəti …read more

From:: ANS