Qazaxstanda helikopter düşdü, pilot tapılmadı

Qazaxıstanda helikopter qəzaya uğrayıb.

ANS PRESS-in məlumatına görə, “Jana Alem” aviaşirkətinə məxsus Mi-2 helikopteri yanvarın 23-ü axşam saatlarında ölkənin cənubunda yerləşən Cambul vilayətindən 220 kilometr məsafədə olanTaraz şəhərində qəzaya uğrayıb. Qəza nəticəsində helikopter alışaraq yanıb. Lakin hadisə yerinə gələn xilasedicilər burada pilotu aşkar edə bilməyiblər. Məlum olub ki, helikopterin pilotu hadisə şahidləri tərəfindən Taraz şəhərinin 1 nömrəli xəstəxanasına aparılıb.

Məsələ ilə bağlıQazaxıstan daxili işlər nazirliyinin fövqəladə hallar komitəsinin (FHK) rəsmi nümayəndəsi Ruslan İmankulov da açıqlama verib. Onun sözlərinə görə, FHK-nə göyərtəsində bir neçə nəfərin olduğu helikopterin düşməsi barədə məlumat daxil olub: “Xilasedicilərimiz əraziyə getsə də, heç kimi tapa bilməyib. Sonradan məlum olub ki, helikopterdə təkcə pilot olub. O da, ikinci dərəcəli yanığ xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Onun bədəninin 50% yanıb”.

Hazırda faktla bağlı cinayət işi açılıb və qəzanın başvermə səbəbləri araşdırılır.

M-2 helikopteri

Hadisənin baş verdiyi ərazi …read more

From:: ANS