Mühacirlər limanı zəbt etdilər

Fransanın Kale şəhəri limanı mühacirlər tərəfindən zəbt olunub. Təxminən, 50 mühacir bərə gəmisinə soxulub.

ANS PRESS-in məlumatına görə, gəmi Danimarka şirkətinə məxsusdur. Vəziyyətlə əlaqədar limanın fəaliyyəti dayandırılıb. Təhlükəsizlik qüvvələri də hadisə yerinə gəliblər.

Hadisədən bir qədər sonra Kale şəhərində mühacirlərin lehinə aksiyalar keçirilib. Aksiyada fəallar “mühacirlər xoş gəliblər” şüarları ilə çıxış ediblər.

Hazırda Kale şəhərində “Cəngəllik” adlanan düşərgədə minlərlə mühacir ağır şəraitdə yaşayır.

Eyni zamanda, Yunanıstanda mühacirlərə dəstək şüarı altında nümayişlə baş tutub. Fəallar hökuməti Türkiyə ilə sərhədləri açmağa və mühacirləri ölkəyə buraxmağa çağırıblar.

“Bu gülüncdür. Sərhədlər açıq olsa idi, dənizdə batan insanlar indi sağ olardılar. O insanların ailələri, arzuları var idi. Onlar, sadəcə, öz uşaqları üçün yaşamaq istəyirdilər”, – deyə etirazçı Mattyu bildirib.

2015-ci ildə Yunanıstan adaları 850 mindən çox mühacir qəbul edib. …read more

From:: ANS