Dünyanın məşhur agentliyi manatdan yazdı

“Fitch Ratings” Beynəlxalq reytinq agentliyi builki hesabatında Azərbaycan hökumətinin manatın devalvasiyasının qarşısını almaq üçün müvafiq tədbirlər gördüyünü qeyd edir.

ANS PRESS-in məlumatına görə “Fitch Ratings”in hesabatında bildirilir ki, müvafiq qurumlar manatın dəyərdən düşməməsi üçün ölkədən çıxarılan xarici valyutalara 20 faiz vergi tətbiq edib.

Bu istiqamətdə Azərbaycan Dövlət Neft Fondunun sosial sabitliyin təmini, eləcə də qiymətlərin saxlanması üçün atdığı addımlar və çağırışlar xüsusi qeyd olunmalıdır.

Bu addımlar manatı qoruyaraq Azərbaycanın kredit sahəsində olan təzyiqlərin aradan qaldırılmasına yönəlib. Bu Fond gələcək nəsillər üçün hesablanıb. Pensiyalar, gəlirlər eləcə də ictimai sektorda maaşlar artırılıb, çörəyə, una qoyulan əlavə dəyər vergisi aradan qaldırılıb.

Azərbaycanın maliyyə naziri Samir Şərifov qeyd edib ki, 2016-cı il üçün ölkənin büdcəsinə yenidən baxılacaq və neftin baza qiyməti 30 dollardan hesablanacaq. 2016-cı il üçün qəbul olunmuş büdcədə isə neftin baza qiyməti 50 dollardan hesablanmışdı.

Ötən ilin dekabr ayında manatın yenidən dəyərdən düşməsi, neftin qiymətində müşahidə olunan enmələr büdcə xərclərində dəyişiklikləri qaçılmaz edib.

İlk diqqət yetiriləcək məsələ ölkənin xarici valyutada ifadə olunan öhdəlikləri və borcları ilə bağlı olacaq. İkincisi isə inflyasiyanın təsirini azaltmaq üçün sosial sahədə ediləcək dəyişikliklərlə bağlıdır. Bura əmək haqlarının, pensiya və müavinətlərin artırılması istiqamətində büdcədən ediləcək xərclər daxildir.

Maliyyə naziri Samir Şərifov isə bildirib ki, bütün bu artımların edilməsi üçün ilk növbədə dövlət büdcəsində vəsait olmalıdır:

“Təsdiq olunmuş büdcədə bu vəsait nəzərdə tutulmayıb. Bu artımların maliyyə təminatının yaradılmasına yenidən baxılacaq. Çünki bu, büdcədə öz əksini tapmalıdır. Bu məqsədlə 1 milyard vəsaitin dövlət büdcəsində yer almasını nəzərdə tuturuq”.

Samir Şərifov – Azərbaycan maliyyə naziri

Maliyyə naziri büdcəyə yenidən baxılmasının digər səbəbini gəlirlərin azalması ilə əlaqələndirir. Bunun üçün Neft Fondunun, Dövlət Gömrük Komitəsinin və Vergilər Nazirliyinin gəlirlərinə yenidən baxılacaq.

Nazirlik tərəfindən yeni təqdim olunacaq büdcə layihəsində dövlət büdcəsinin gəlirlərinin 1.9 milyard, xərclərinin isə 2 milyarda yaxın artacağı proqnozlaşdırılır. Hazırda büdcə gəlirləri 14.5 milyarddırsa, yeni …read more

From:: ANS