“Dağlıq Qarabağ bizə dərs olmadı?”

Ukrayna prezidenti Pyotr Poroşenko Rusiya yönümlü separatçıların nəzarəti altında olan Donetsk və Luqansk bölgələrini bu il yenidən Ukraynanın tərkibinə qatılacağını bəyan edib.

ANS PRESS-in məlumatına görə, Poroşenko Rusiyaya xəbərdarlıq edib ki, Moskva Minsk razılaşmasına tam şəkildə riayət etməlidir. Onun sözlərinə görə, saknsiyaların azaldılmasının tək yolu budur.

“Dövlət başçısı və ali baş komandan olaraq söyləyirəm. Ukrayna torpaqlarının hər santimetri üçün mübarizə aparacaq. Ukraynanın ərazi bütövlüyünü təmin etmək, öncə Donbası, sonra Krımı yenidən bizim suverenliyimiz altına almaü üçün hər şey edəcəyəm”, – deyə Poroşenko bildirib.

Ukraynanın şərqindəki böhranın daha da dərinləşməməsi üçün hər cür danışıqlar aparacağını deyə Poroşenko deyib ki, yaranmış vəziyyət çox uzun davam etməyəcək.

Donetsk – 3D formatında

“Ölkənin şərqindəki döyüşlərin bu şəkildə nə bir il, nə beş il, nə on il, nə də iyirmi il davam etməsini gözləmirik. Abxaziya, Cənubi Osetiya, Dağlıq Qarabağ, Dnestryanı münaqişələri bizə dərs vermədimi? Keçən hər il bphrandan çıxış yolunun taplmamasının davam etməsi suverenliyimizin tamamilə yenidən bərpasının uzaqlaşması deməkdir”, – deyə Ukrayna prezidenti bəyan edib.

Poroşenko Minsk razılaşmasının önəminə bir daha diqqət çəkərək bildirib ki, bu razılaşma Ukraynanın ərazi bütövlüyünün bərpasına xidmət edir.

Martın 16-da Krım Ali Sovetinin qərarı ilə Krımın Rusiyaya birləşdirilməsi ilə bağlı referendum keçirilmişdi. Referenduma qatılanların 96,7%-i qərarın lehinə idi. Martın 17-də Rusiya prezidenti Vladimir Putin “Krım Respublikasının tanınması haqqında” fərman imzalamışdı.

2014-cü ilin aprel ayından bəri Ukraynanın cənub-şərqində Rusiyameylli qüvvələrlə Ukrayna ordusu arasında müharibə gedir. Luqansk və Donetsk Ukraynadan ayrılaraq özlərini respublika elan edib. …read more

From:: ANS