Azərbaycandan Türkiyəyə daha 2 aviareys açılacaq

Azərbaycandan Türkiyənin daha 2 şəhərinə aviareyslər açılacaq. Həmin reyslərin may ayından Qazipaşa və Alanya hava limanlarına birbaşa həyata keçirilməsi nəzərdə tutulub.

ANS PRESS-in məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. Onun sözlərinə görə, Qazipaşa və Alanyaya birbaşa aviareyslər Almaniya aviaşirkəti tərəfindən təşkil ediləcək :

“Şirkət həftədə 4 gün, 3 ayrı-ayrı şəhərdən aviareyslər təşkil edəcək. Bundan başqa, Azərbaycan, Çexiya və Danimarkadan da aviareyslər həyata keçiriləcək. Məsələ ilə bağlı danışıqlar davam edir”.

Mövlud Çavuşoğlu -Türkiyənin xarici işlər naziri

AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski də ANS PRESS-ə xəbəri təsdiqləyib. Onun sözlərinə görə, danışıqlar barədə daha ətraflı məlumat növbəti həftənin ilk iş günündə veriləcək.

AZAL-ın təyyarəsi

Azərbaycan Hava Yolları” (AZAL) tərəfindən bu günə kimi Türkiyənin Antalya, Bodrum, İzmir və digər şəhərlərinə birbaşa aviareyslər həyata keçirilib.

Azərbaycandan Türkiyəyə aviareyslər …read more

From:: ANS