Məmurlar səhv edir, Prezident düzəldir

Görəsən, Rusiyanın ən az tanınan dövlət strukturu “Rospotrebnadzor”un özünə xas olan volyuntarist üslubda Dmitri Kiselyovun “Vesti nedeli” həftəsonu verilişini bağlamasını təsəvvür etmək olarmı? “Rospotrebnadzor”dan nə istəsən gözləmək olar, amma belə qərar, hər halda, Kremlin ciddi narazılığına və sərt tənqidinə səbəb olmalıdır.

Üstündə oturduğun budağı necə baltalamaq olar? Hökümətin öz mövqeyini ifadə etdiyi bir dili necə kəsmək olar? İnanın, hətta bu günkü Putin Rusiyasında belə bu, ağlasığmaz bir addım olardı. Yəni söhbət ən sadə məntiqlə anlaşılmayan şeylərdən gedir.

“Rospotrebnadzor”un binası

Dərin təəssüf və təəccüb hissi ilə qeyd etmək lazımdır ki, bu günkü və real Azərbaycanda baş verən hadisələr nəinki sadə məntiq, hətta hökümətə xas olan rasionallıq və zəka ilə belə izah olunmur. Azərbaycanın ən qeyri-populyar dövlət qurumu – öz üzərinə sovet dövrünə aid “Qlavlit”in missiyasını götürmüş hansısa konstitusiyadan kənar Teleradio Şurası ötən gün Azərbaycan teleməkanının ən populyar siyasi verilişi olan “Hesabat MirŞahinlə” verilişinin bağlanılmasına dair qərar qəbul edib.

Bu qeyri-adi azərbaycanlı telejurnalistinin istedadını və peşəkarlığını bir kənara qoyaq – indi söhbət ondan deyil, Azərbaycan hakimiyyətinin rasionallığından gedir. Mir Şahin kimi müdafiə edir? Kimə görə hərdən öz müstəqil jurnalist nüfuzunu qurban verir? Hakimiyyətə və İlham Əliyevə görə. Çoxdan sınaqdan çıxmış həqiqətdir – hətta dünyanın ən demokratik hakimiyyəti cəmiyyətdə populyar olmur.

İnsanın təbiəti belədir – ruhən yaltaqlıqdan çox etiraza yaxındır. Etiraz ədalət doğurur, yaltaqlıq və konformizm isə onu inkar edir.

Hakimiyyəti müdafiə edərək (bir daha xatırladaq ki, söhbət tək Azərbaycandan deyil, istənilən hakimiyyətdən gedir) tamaşıçının və oxucunun gözündə qalmaq, onu darmadağın edib özünə şöhrət qazanmaqdan daha çətindir.

Prezident İlham Əliyev İlin Adamı mükafatını alan zaman

Mir Şahin nə edir? O bilərəkdən, hakimiyyətin ən çətin anında – devalvasiya, denominasiya, deqradasiya zəmanəsində, mikrofonunu əlinə alaraq və hakimiyyətin son …read more

From:: ANS