Məşhur futbolçu arvadının xəyanətini bağışladı (FOTO)

Ulduz futbolçu boşandığı həyat yoldaşına maşın hədiyyə edib.

ANS PRESS-in məlumatına görə, Türkiyə yığmasının və “Fənərbağça” klubunun məşhur futbolçusu Caner Erkin 6 illik həyat yoldaşı Asena Erkinə 2 milyon 700 min TL (1 milyon 433 min AZN ) dəyərində lüks cip hədiyyə edib.

Asena artıq yeni maşını istifadə etmə başlayıb. Onun şəhərdə tez-tez göründüyü bildirilir. İddia olunur ki, futbolçu ola bilsin həyat yoldaşının xəyanətini bağışlasın.

Asena Erkinin hədiyyəsi

Ulduz futbolçu bir müddət əvvəl məhkəməyə ərizə verib. Futbolçu verdiyi ərizədə həyat yoldaşı ilə yola getmədiklərini, həyatlarının dözülməz hala gəldiyini və evlilik birliyinin kökündən sarsıldığını ifadə edib.

Cütlük qarşılıqlı razılıqla boşanıb. Onların arasında əmlak bölgüsü olmayacaq. Oğulları Çinar anasında qalacaq. Futbolçu uşağıyla bəlli günlərdə görüşəcək. Asena isə qızlıq soyadına qayıdacaq.

Caner Erkin Asena Erkin və övladı Çinar

Caner Erkin hər ay yoldaşına 10 bin lira (5 min 177 manat) ödəyəcək. Cütlüyün ayrılma səbəbi isə Asena Erkinin müğənni Berkayla gizli münasibətinin olmasıdır.

Berkay – müğənni

“Lamborghini”

2014-cü ildə tanınmış futbolçu həyat yoldaşına yaşıl rəngli “Lamborghini” hədiyyə verib.

Qiyməti 1,8 milyon olan yaşıl rəngli idman avtomobilində fotoları yayılan Asena Erkin bildirib ki, bu, həyatının ən bahalı avtomobilidir. …read more

From:: ANS