“Google” 185 milyon dollar cərimə edildi (FOTO)

Böyük Britaniya “Google” şirkətini əlavə olaraq 185 milyon dollar vergi ödəməyə məcbur edib.

ANS PRESS-in məlumatına görə, “Google” Böyük Britaniya hakimiyyəti ilə razılıq əldə edib. Razılığa əsasən, “Google” 10 il ərzində ödəmədiyi vergilərin müqabilində Britaniyaya 185 milyon dollar kompensasiya ödəyəcək.

Britaniya Vergilər Nazirliyinin hesablamalarına görə, İrlandiyada qeydiyyatda olması sayəsində “Google” ciddi şəkildə vergilərdən yayına bilib. Hakimiyyət “Google”u vergilərdən yayınmaqla qanunları pozmaqda ittiham edib. 2013-cü ildə şirkət 5,6 milyard dollar gəlir əldə etməsinə baxmayaraq, o, dövlətə yalnız 29,2 milyon dollar vergi ödəyib.

Bu saziş mühüm presedent ola bilər, çünki digər Avropa ölkələri də “Google”un və digər transmilli korporasiyaların vergiləri optimallaşdırılması siyasətindən narazıdır.

Böyük Britaniya

Ötən ilin dekabrından rəsmi London ölkədən çıxan gəlirlər üçün transmilli şirkətlərdən 25% gəlir vergisi ödənilməsini tələb edib. Bunun sayəsində ölkə büdcəsinə 1 milyard funtsterliq gəlir əldə edəcəyi bildirilir. Diverted Profit Tax adlanan vergi həmçinin “Google”un şərəfinə “Google vergisi” adlanır. …read more

From:: ANS