Davosda ortaya çıxan inanılmaz faktlar

Davosda keçirilən Dünya İqtisadi Forum mühafizəçiləri narkotikdən istifadəyə görə saxlanılıblar.

ANS PRESS-in məlumatına görə, İsveçrə ordusunun mətbuat katibi Ştefan Xofer bildirilb ki, Davosda Dünya İqtisadi Forumunu mühafizə edən 12 əsgər narkotik maddədən istifadəyə görə həbs olunub. Onlardan yeddisinin çətənədən, beşinin isə kokaindən istifadəyə etdiyi iddia olunur.

Хоfer bildirib ki, onları 10 günədək həbs və 490 dollar (785 AZN) civarında cərimə gözləyir. Onu da qeyd etmək lazımdır ki, onların cəzası bununla bitmir. Əsgərlər haqqında ittihamlar məhkəməyə göndəriləcək və onlar işdən azad olunacaqlar.

Davos, İsveçrə

İsveçrənin Davos şəhərində iqtisadi forum yanvarın 20-dən 23-dək keçirilir. Forumda Azərbaycan prezidenti İlham Əliyev də iştirak edir. Bu il ən çox müzakirə olunan mövzu neftin qiymətinin kəskin aşağı düşməsi və manatın, eləcə də, digər ölkələrin valyuta məzənnəsinin dollar qarşısında qiymətdən düşməsi olub.

İlham Əliyevin Davosda çıxışı

Dünya İqtisadi Forumu – 1971-ci ildən hər il mütəmadi olaraq İsveçrənin Davos şəhərində keçirilir. Görüşə biznesin aparıcı rəhbərləri, siyasi liderlər, görkəmli mütəfəkkirlər və jurnalistlər dəvət olunur. Ən kəskin dünya problemləri müzakirə predmeti olmaqla, səhiyyə və ətraf mühitin qorunması kimi məsələlər də burada müzakirə olunur.

2013-cü il aprelin 7-8-də ilk dəfə olaraq Forum Azərbaycanın paytaxtı Bakıda keçirilib. …read more

From:: ANS