Çin İranı itirməkdən qorxur (FOTO)

Çin Xalq Respublikasının prezidenti Si Szinpin İrana səfər edib. ANS PRESS-in məlumatına görə, sonuncu dəfə Çin lideri 10 il bundan əvvəl İranda rəsmi səfərdə olub.

Asiya və Afrika ölkələri İnstitunun direktor müavini Andrey Karneevanın sözlərinə görə, “Pekin İrandan milyardalarla dollarlıq neft alır və Tehranı özünün ən güclü tərəfdaşı hesab edir. İrana qarşı nüvə proqramlarına qarşı sanksiyalar tətbiq olunanda Çin onunla tərəfdaşlığa davam etdiyi üçün İran əməkdaşlıqda əsasən Çin şirkətlərinə üstünlük verib. İndi İranın sanksiyalardan azad olduğu və dünya bazarına çıxdığı bir zamanda Çin belə bir tərəfdaşlığı qoruyub saxlamaq istəyir”.

Si Szinpin – Çin Xalq Respublikasının prezidenti

İran prezidenti Həsən Ruhani ilə görüşün yekunları haqda Çin mərkəzi televiziyasına danışan Si Szinpin “bu çox dostyana bir dialoq oldu və biz hərtərəfli münasəbətlərimizin səviyyəsini yüksəltmək üçün razılığa gəldik”,- deyə bildirib.

Çin Xalq Respublikasının liderinin Yaxın Şərq ölkələrinə iqtisadi əlaqələrin möhkəmləndirilməsi istiqamətində səfərləri davam edir. Si Szinpini artıq Səudiyyə Ərəbistanında və Misirdə olub. Səfərin əsas məqsədi ABŞ və Rusiyanın əvvəllər hakim olduğu ərazilərdə Çinin təsirini yaymaqdır.

İran İslam Respublikası

Ötən ilin iyulunda İranla Altılıq ölkələri arasında Vyana razılaşması imzalanıb. Razılaşmaya əsasən, İranın nüvə fəaliyyətini dayandırması qarşılığında Qərb bu ölkəyə qarşı sanksiyaları ləğv etməyi boynuna götürüb.

2016-cı ilin yanvarın 17-dən İranın nüvə proqramı ilə əlaqədar sanksiyalar ləğv olunub. Bununla da İrana valyuta transferi, sığorta əməliyyatları, eləcə də neft, qaz və digər təbii ehtiyatların idxal-ixracına qoyulan qadağa aradan qalxıb. Eyni zamanda, İranın aviaşirkətlərinə yenidən Aİ ərazisindəki hava limanlarına reyslər həyata keçirilməyə icazə verilib. …read more

From:: ANS