Məşhur türk serialında reytinq böhranı (VİDEO)

Türkiyənin məşhur “Kiralık Aşk” serialının reytinqi aşağı düşür.

ANS PRESS-in məlumatına görə, aktyor Barış Arduçun xəstələnməsi seriala ziyan dəyib. Belə ki, serialın baş qəhrəmanı 30-cu bölümdə iştirak etməyib.

Aktyorun çəkiliş meydanına qayıtmasının vaxtı bəlli deyil, “Kiralık Aşk” reytinq siyahısında “Karagül”ə məğlub olaraq 3-cü pilləyə düşüb.

“Kiralık Aşk” serialının anonsu

“Kiralık Aşk” seriaılının baş rollarını Barış Ardunç, Elçin Sangu, Saleh Badamçı oynayır.

Serial komediya və melodrama janrında çəklib. Hər şeyin tamamilə bitdiyini düşünən anda qapısını döyən bir möcüzəyə “yox” deməyi bacarmayan Dəfnə 6 aylıq eşq oyunu təklifini qəbul edir.

Buna görə o, ölkənin ən uğurlu iş adamlarından olan Öməri özünə aşiq etməyə məcburdur. Bu yolda ən böyük köməkçiləri isə əsl dostlarıdır. Bu qarışıq məqamda Dəfnə həyatının ən gerçək sualı ilə üz-üzə gəlir: “Sevgimizi biz seçirik, ya o bizi seçir?”. …read more

From:: ANS