Bakıdakı kütləvi davaya aydınlıq gətirildi

“Ötən gün axşam saatlarında paytaxtın Yasamal rayonunda kütləvi dava olması, nəticədə də bir nəfərin bıçaqlanması ilə bağlı bəzi KİV-də yayılan məlumatlar həqiqəti əks etdirmir”.

Bu barədə ANS PRESS-ə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, ötən gün paytaxt ərazisində heç bir kütləvi dava baş verməyib, nisbi sakitlik olub. KİV-nin yaydığı kimi dava düşməsi və nəticədə də bir nəfərin bıçaqlanması barədə Yasamal rayon Polis İdarəsinin 29-cu Polis Bölməsinə məlumat verilməsi xəbəri doğru deyil.

Bu gün gecə saatlarında Yasamal rayonunun Şərifzadə küçəsində insident baş verməsi barədə bəzi xəbər portallarında məlumat yayılıb.

Məlumata görə, dostları ilə toydan çıxan 33 yaşlı Elgiz Şakir oğlu Mehdiyevin naməlum şəxslərlə mübahisəsi düşüb. Mübahisə daha sonra əlbəyaxa davaya çevrilib. Dava zamanı həmin şəxslərdən biri üzərində gəzdirdiyi bıçaqla Elgiz Mehdiyevin kürək nahiyəsinə zərbə endirib. Yaralı dostları tərəfindən xəstəxanaya çatdırılıb. Həkimlər onun həyatını xilas edə biliblər.

Hadisə barədə Yasamal rayon Polis İdarəsinin 29-cu Polis Bölməsinə məlumat verilib. Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam edir. …read more

From:: ANS