Dünya şöhrətli aktyor Bakıya gəlmək istəyir

Hollivud ulduzu Robert de Niro Bakıya gəlmək istədiyini açıqlayıb.

ANS PRESS-in məlumatına görə, Nargiz jurnalına müsahibə verən zamanı ulduz aktyor Azərbaycanın üzərindən uçduğunu və Bakı haqqında çox eşitdiyini deyib.

De Niro, Bakıya nə vaxtsa gəlməyi planlaşdırır:

“Mən bu barədə düşünürəm. Lakin mən heç vaxt orada olmamışam. Bakı haqqında çox şey eşitmişəm. Mənə dedilər ki, Bakı – əla yerdi. Hələlik dəqiq deyə bilmərəm amma çox istəyirəm sizin ölkədə olmaq. Bir dəfə Qətərdən təyyarə ilə qayıdan zaman mənə dedilər biz indi Azərbaycanın üzərindən uçuruq. Ona görə deyə bilərəm ki, mən Bakını artıq quş uçuşu məsafəsindən görə bilmişəm”.

Robert de Niro illər əvvəl

Robert de Niro 1943-cü il 17 avqustda Nyu-Yorkda anadan olub. Aktyorun uşaqlıq dövrü pis keçib. Üç yaşı olar-olmaz atası ilə anası ayrılıblar və onun uşaqlığı Manhettendə “Balaca İtaliya” adlanan məhəllədə keçib.

Robert iki dəfə evli olub. İkinci evliliyindən iki uşağı var. …read more

From:: ANS