Bakıdan yola salınan qatar gecə saatlarında Aktau limanına çatacaq

Ukrayna-Gürcüstan-Azərbaycan-Qazaxıstan-Çin marşrutu ilə hərəkət edən qatar Aktau limanına yola düşüb.

Bu barədə ANS PRESS-ə açıqlamasında Xəzər Dəniz Gəmiçiliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Samir Abdullayev deyib.

“Qatar ötən axşam saat 23:00 radələrində Azərbaycana məxsus bərə ilə yola salınıb. Hazırda bərə normal şəkildə hərəkətinə davam edir. Sınaq konteyner qatarı boş gedir. Bu gün gecə saatlarına Aktau limanına çatacaq”.

Samir Abdullayevin sözlərinə görə, sınaq qatarının Çindən yüklə qayıtması yalnız Ukraynaya məxsus operator şirkətindən asılıdır.

Çinə hərəkət edən sınaq qatarı

Sınaq qatarı “Azərbaycan” bərəsi ilə yola salınıb. 10 vaqon və 20 qırxfutluq konteynerdən ibarət sınaq qatarı Ukraynanın İlyiçevsk limanından yanvarın 15-də yola salınan sınaq qatarı ötən gün Azərbaycanın Ələt limanına çatıb.

“Azərbaycan” bərəsi

Sınaq qatarı 10 vaqon və 20 qırxfutluq konteynerdən ibarətdir. Qatar Azərbaycandan sonra Qazaxıstana oradan isə Çinə yola düşəcək. Yanvarın 14-də Bakıda keçirilmiş dördtərəfli görüşdə Azərbaycan, Qazaxıstan, Gürcüstan və Ukrayna nümayəndələri Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunda vahid tariflərin müəyyənləşdirilməsi haqqında razılığa gəliblər.

Bundan sonra sınaq konteyner qatarının keçəcəyi ərazilər …read more

From:: ANS