İlham Əliyevlə görüşən gürcü baş nazir ittihamlara cavab verdi (FOTO)

“Heç bir digər tədarükçü qışda ölkədə yaranan qaz çatışmazlığını ödəyə bilməyəcək” .

ANS PRESS-in məlumatına görə, bu sözləri Gürcüstanın Baş naziri Georgi Kvirikaşvili “Qazprom”la danışıqlar barədə irəli sürülən ittihamlara cavab verərkən deyib.

Nazir bildirib ki, son zamanlar Rusiya şirkətləri ilə qazın nəqlinə dair qeyri-şəfaff danışıqların olması barədə ittihamlar səslənir.

Gürcüstana qazın nəql edilməsində problemlərin sırf texniki məsələlərlə bağlı olduğunu bildirən nazir bunu Davosda keçirilən Dünya İqtisadi Forumunda Azərbaycan prezidenti İlham Əliyevlə görüşünün yekunları barədə danışarkən deyib.

Georgi Kvirikaşvili Gürcüstanın Baş naziri

“Demək istəyirəm ki, Gürcüstan hökuməti ölkəsinin maraqlarını maksimum dərəcədə müdafiə etməlidir. Bu, sırf texniki məsələdir və heç bir siyasi məqsədi yoxdur”, – deyə Kvirikaşvili bildirib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 21-də Davosda Gürcüstanın Baş naziri Georgi Kvirikaşvili ilə görüşüb.

Görüşdə Azərbaycan ilə Gürcüstan arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurlu inkişafı, əlaqələrin intensivləşdirilməsi, qarşıya çıxan məsələlərlə bağlı məsləhətləşmələrin aparılması, birgə layihələrin həyata keçirilməsi ilə bağlı məsələlər müzakirə olunub.

“Müxalif Vahid Milli Hərəkat partiyası Energetika naziri Kaxa Kaladzeni “Qazprom”un maraqlarını müdafiə etməkdə günahlandırır.

Kaladze isə dəfələrlə vurğulayıb ki, “Azərbaycan Gürcüstanın əsas qaz təhcizatçısıdır və bu belə də qalır, lakin Azərbaycan Gürcüstanda qışda yaranan qaz çatışmazlıqlarını texniki səbəblərdən ödəyə bilmir”.

Kaxa Kaladze – Gürcüstanın energetika naziri

Gürcüstan …read more

From:: ANS