Çexiya İranın TANAP-a qoşulmasını dəstəkləyir (FOTO)

Çexiyanın sənaye və ticarət naziri Yan Mladek İranın Trans-Anadolu qaz boru kəməri – TANAP layihəsinə qoşulmasının müsbət nəticələr verə biləcəyi qənaətindədir.

ANS PRESS-in məlumatına görə, nazirin fikrincə İranın TANAP-a qoşulması Çexiya üçün yaxşı olacaq. Bu boru kəmərinin Avropa hissəsi olan “Trans-Adriatik” (TAP) boru kəməri Cənubi İtaliyaya və daha sonra da Vyanayadək uzanacaq. Y.Mladek bildirib ki, İran rəsmiləri Polşadakı limanlarda maye qaz üçün böyük zavod tikməyi də nəzərdən keçirirlər.

Cənubi Qafqaz Boru Kəməri (CQBK) və TAP boru kəmərinə birləşərək “Cənub” qaz dəhlizinin əsas hissəsini təşkil edən TANAP-ın uzunluğu (19 kilometri Mərmərə dənizindən keçməklə) ümumilikdə 850 kilometr olacaq. Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından çıxarılan qazı nəql edəcək TANAP Türkiyənin Gürcüstanla sərhədindəki Ardahan vilayətinin Posof mahalından başlayaraq 21 vilayətdən keçməklə qardaş ölkənin Yunanıstanla sərhədindəki Ədirnə vilayətinin İpsala qəsəbəsinədək uzanacaq.

Cənubi Qafqaz Boru Kəməri (CQBK)

Boru kəmərinin 2018-ci ildə istismara verilməsi planlaşdırılır. TANAP-la Avropaya 10 milyard, Türkiyəyə isə 6 milyard kubmetr Azərbaycan qazının nəqli nəzərdə tutulur. İlkin ötürücülük qabiliyyəti ildə 16 milyard kubmetr olacaq kəmərin bu tutumunun 2023-cü ildə 23 milyard kubmetrə və 2026-cı ildə isə 31 milyard kubmetrə çatdırılması nəzərdə tutulur.

TANAP Cənubi Qafqaz Boru Kəmərindən alacağı təbii qazı 2020-ci ilin əvvəlindən etibarən TAP boru kəmərinə qoşularaq Yunanıstan, Albaniya və İtaliyadan keçməklə Avropaya çatdıracaq.

TANAP-ın səhmdarlarının bu layihədə payı belədir: “Cənub” qaz dəhlizi” Qapalı Səhmdar Cəmiyyəti (QSC) – 58 faiz, “Botaş” – 30 faiz və BP şirkəti – 12 faiz. …read more

From:: ANS