Məktəbli 5 nəfəri güllələdi (FOTO,VİDEO)

Kanadada məktəblərdən birində atışma olub.

ANS PRESS-in məlumatına görə, hadisənin məktəbli tərəfindən törədildiyi deyilir. O, qəfildən məktəbə girərək, qarşısına keçən hər kəsə atəş açıb. Faciə nəticədə 5 nəfər ölüb, 2 nəfər isə ağır yaralanıb. Yaralıları dərhal xəstəxanaya aparıblar. Onların vəziyyətinin ağır olaraq qaldığı deyilir.

Baş nazir Castin Tryudonun verdiyi məlumata görə, polislər əvvəlcə dörd nəfərin öldüyü barədə məlumat verib. Daha sonra məlum olub ki, ölənlərin sayı beşdir. Onlardan biri 23 yaşlı orta məktəb müəlliməsi Meridir.

Məlum olub ki, cinayətkar məktəbə gəlməmişdən öncə evdə iki qardaşını da qətlə yetirib.

Atışma olan məktəb

Hal-hazırda təhlükəsizlik orqanları iki məkanda işləyirlər – məktəbdə və məktəbdə faciə baş verməmişdən əvvəl səs gələn yaşayış evində. Polislər onu da vurğulayıb ki, hadisə ilə bağlı bir neçə nəfər saxlanılıb. İndi onların kimliyinin öyrənilməsi istiqamətində işlər davam edir.

Sonuncu dəfə Kanadada analoji hal 1999-cu ildə olub. Taber şəhərində yerləşən məktəbdə 14 yaşlı yeniyetmənin açdığı atəş nəticəsində bir nəfər ölüb, bir nəfər isə ağır yaralanıb. Cinayətkar hadisə yerinə gələn polis əməkdaşları tərəfindən dərhal saxlanılıb.

Bu yaxınlarda Türkiyədə də analoji hal yaşanıb. Belə ki, insident Türkiyənin Kilis şəhərində də qeydə alınıb. Verilən məlumatlara görə, şəhərin Eyüp Gökçe orta məktəbinə 3 mərmi topu düşüb. Partlayış nəticəsində 2 nəfər ölüb, bir neçə nəfər bədən xəsarətləri alıb.

Kilis, Türkiyə

Şəhər valisi Süleyman Tapsız da hadisə ilə yerində tanış olub. Kilis bələdiyyə başçısı Hasan Kara məktəblərdə təhsil alanların və müəllimlərin evakuasiya edildiyini deyib. Mərmilərin Suriya ərazisindən atıldığı ehtimal edilir.

Mərmi düşən məktəb …read more

From:: ANS