Cavanlaşdıran 6 məhsul (FOTO)

Bu 7 məhsul qocalmaqla, xəstəliklər, piylənmə, təzyiq xəstəlikləri ilə mübarizə aparır. Uzun elmi araşdırmalar göstərib ki, yaşlanmanın qarşısını almaq üçün yediklərimizin rolu olduqca böyükdür.

ANS PRESS “anti age” təsirə malik bu məhsulları təqdim edir? Onları həftədə azı 2-3 dəfə qəbul etmək məsləhətdir.

Brüssel kələmi
Kələn antioksidant, vitamin və minerallarla zəngindir. Xərçəng riskini azaldır.

Lasos balığı
Bu balıq zülal və omeqa 3 mənbəyidir. Ürək və sinir sistemi üçün faydalıdır. Saç və dərinin gözəlliyini qoruyur.

Badam
Bu məhsul faydalı yağlarla, maqnium və sinklə zəngindir. Bu isə ürəyin sağlamlığı üçün lazımdır.

Yoqurt
Əsl superqidadır. Kalsium, zülal, D vitamini, faydalı bakteriyalarıla boldur. Bunlar sümük,əzələ və həzm sistemi üçün çox faydalıdır.

Yaşıl çay
Unikal faydaları saymaqla bitmir. Güclü antioksidant olan yaşıl çay gənc saxlayır,artıq çəkidən qoruyur, ürək-damar xəstəliklərinin qarşısını alır.

Qaragilə
Tünd göy, qara rəngli giləmeyvələr güclü təsirə malik antioksidantlardır. Bu giləmeyvəni həm təzə, həm də donmuş formada istifadə etmək olar. Əsas odur ki, şəkərdən istifadə etməyin.

…read more

From:: ANS