Bakı – Nyu-York aviareysi ləğv olundu

“Azərbaycan Hava Yollarının” (AZAL) Bakı – Nyu-York aviareysi ABŞ-da hava şəraiti ilə əlaqədar ləğv olunub. ANS PRESS-in məlumatına görə, bu barədə Heydər Əliyev Beynəlxalq Hava Limanından bildiriblər.

Bildirilib ki, təyyarənin Bakıdan uçuşu yanvarın 23-ü saat 06:00-da nəzərdə tutulmuşdu.

Qeyd edək ki, ABŞ-ın şərq sahillərində güclü qar yağması səbəbindən təxminən 5 min aviareys ləğv olunub.

Dünən isə İstanbul – Bakı təyyarə reysi yenə təxirə salınmışdı.

“Türk Hava Yolları” (THY) aviaşirkətinin saytında yayılan məlumata əsasən, reyslərin təxirə salınmasına səbəb İstanbulda gözlənilən hava şəraitidir. “Atatürk” Hava Limanı və “Sabiha Gökçen” Hava Limanında meteoroloji hadisə və intensiv qar səbəbindən ötən gün və bu gün olan səfərlər təxirə salınıb.

Onların arasında yanvarın 23-də Bakıya nəzərdə tutulan reys də var. Həmin reys axşam saat 22:55-də Sabiha Gökçen Hava Limanından yola düşməli və gecə 03:50-də Bakı Heydər Əliyev Hava limanına çatmalı idi. …read more

From:: ANS