Neft bahalaşmağa başladı

Dünya bazarlarında neftin qiymətində bahalaşma müşahidə olunur.

ANS PRESS-in məlumatına görə, ötən gün 29.68 dollar olan “Brent” markalı neftin qiyməti 2 dollardan çox bahalaşaraq 32.18 dollar olub.

Ötən gün səhər 29.87 dollar olan“Texas” markalı neftin bir barelinin qiyməti də bahalaşaraq 32.19 dollarda qərarlaşıb.

Mənbə: Bloomberg

Ötən gün “AzəriLayt” markalı neftin bir barelinin qiyməti isə 1,65 dollar bahalaşaraq 30.47 dollar təşkil edib.

Əlvan metalın qiymətində cüzi bahalaşma müşahidə edilib. “Bloomberg”in məlumatına görə, qızılın 1 qramı 35,25 dollardır. Platinin 1 qramı 26.76 dollar, Palladiumun 1 qramı isə 15.98 dollardır. Gümüşün qiyməti cüzi ucuzlaşma ilə 1 qram üçün 0.45 dollar müəyyənləşib.

Mənbə: Bloomberg

Yanvarın 22-nə AMB-nin ən son USD/AZN rəsmi məzənnəsi 1,6028 səviyyəsində olub. Avronun məzənnəsində ucuzlaşma qeydə alınıb. Avro 1.7365 manat, Rusiya rublu isə cüzi ucuzlaşma ilə 0.0194 manata düşüb. Həmçinin 1 ingilis funt-sterlinqinin qiyməti 2.2772 AZN, 1 türk lirəsinin qiyməti isə 0.5308 AZN müəyyənləşib.

AMB-dən verilən məlumata görə, məlumata görə, yanvarın 25-də USD/AZN rəsmi məzənnəsi 1,6054 səviyyəsində müəyyən olunub. Bununla da dollar 0,0026 manat bahalaşıb. Yanvarın 25-ə olan məzənnə 23-24 yanvar tarixində də qüvvədə olacaq.

Mənbə: Azərbaycan Mərkəzi Bankı …read more

From:: ANS