Dünya iqtisadiyyatında dirçəlmə var

Neftin son iki gündə sürətlə bahalaşması və Avropa Mərkəzi Bankının (ECB) elan etdiyi stimullaşdırıcı tədbirlər, qlobal səhm bazarlarında canlanmaya səbəb olub. ANS PRESS-in məlumatına görə, London birjasında ticarət sessiyasının sonuna FTSE100 (futsi) indeksi 2.2 faiz qalxaraq, 5900 vahidə çatıb.

Almaniyada isə DAKS indeksi 2 faiz, Fransanın CAC 40 (kek) indeksi isə nə az nə çox 3.1 faiz yüksəlib. Nikbin atmosfer Atlantik okeanın qərb sahilinə də sirayət edib. “Wall Street”də Dow Jones indeksi artıq günorta saatlarında 1.2 faiz qalxıb. Asiyada isə Yaponiyanın Nikkey indeksi düz 6 faiz qalxıb.

Qiymətli kağızlar bazarlarında dirçəliş Avropa Mərkəzi Bankı Mario Draqinin Davosdakı açıqlamalarından sonra müşahidə olunur. Mərkəzi Bank uçot dərəcəsini 0.05 faizə qədər azaldıb və iqtisadi stimullaşdırma proqramı çərçivəsində istiqrazların alınmasına aya 60 milyard avro vəsait ayırır. Bununla belə Draqi Avrozonanın iqtisadiyyatını gücləndirmək üçün daha geniş tədbirlər həyata keçiriləcəyini istisna etməyib.

Fond birjalarındakı canlanmaya təsir göstərən ikinci amil – neft qiymətlərinin bahalaşması olub. Həftənin əvvəli Beynəlxalq Enerji Agentliyinin 2016-cı ildə “neft bolluğunun” davam edəcəyini proqnozlaşdırmasından sonra qara qızıl 2003-cü ildən bəri ən aşağı qiymətə – 27 dollara qədər ucuzlaşıb.

Habelə cümə günü “Brent” markalı neftin qiyməti 2 dollar bahalaşaraq, bareli 31.44 dollara satılıb. ABŞ xam neftinin bareli isə 31.59 dollar olub. Analitiklərə görə, neftin bahalaşması Avropa və ABŞ-a soyuq qışın daxil olması faktorları ilə əlaqədardır. …read more

From:: ANS