Millimiz Ukraynaya qalib gəldi

Bu gün Azərbaycanın U-21 yığması Türkiyədə təşkil olunan “Antalya Kuboku”nda ilk oyununa çıxıb.

ANS PRESS-in məlumatına görə, Yaşar Vahabzadənin çalışdırdığı millimiz startda Ukrayna ilə qarşılaşıb.

Matç təmsilçimiz üçün uğurlu alınıb. Qarşılaşmada hesabı ukraynalılar açsa da, sonda qələbəni millimiz bayram edib. Millimizin heyətində Namiq Ələsgərov dubl edib.

Qeyd edək ki, turnirdə Bəhreyn, Səudiyyə Ərəbistanı və Albaniyanın gənclərdən ibarət milli komandaları da iştirak edir.

Namiq Ələsgərov

Antalya Kuboku
22 yanvar

Azərbaycan – Ukrayna 2:1
Qollar: Namiq Ələsgərov, 58-pen; 85 – Yevgeni Çumak 49.
Azərbaycan: Şahruddin Məhəmmədəliyev, Rahil Məmmədov, Azər Salahlı, Fuad Bayramov, Məqsəd İsayev, Elnur Cəfərov, Kamal Mirzəyev, Namiq Ələsgərov, Vüqar Mustafayev, Ruslan Nəsirli, Sadiq Quliyev.
Sarı vərəqələr: Vüqar Mustafayev, 71 – Yevgeni Çumak, 71.

Xatərıladaq ki, “Antalya Cup”da Azərbaycan millisi Səudiyyə Ərəbistanı, Albaniya və Bəhreyn yığmaları ilə də qarşlaşacaq. …read more

From:: ANS