Dünyanı ağladan transfer (FOTO)

Türkiyənin “Tuzlaspor” klubu ibarətamiz addım atıb.

ANS PRESS-in məlumatına görə, aşağı liqa təmsilçisi bir gözü görməyən Emre Azim üçün lisenziya alaraq peşəkar futbolçu edib.

18 yaşlı əlil futbolçu karyerasının ilk matçını Türkiyə Kubokunda “Fənərbaxça”ya qarşı keçirib. 90+2-i dəqiqədə meydana çıxan futbolçu peşəkarlıq yolunda ilk addımını atıb.

Emre Azim kiçik yaşlarında keçirdiyi bir qəza səbəbindən gözünün birini itirib. Lakin bu onun futbolçu olmaq arzusunu tükətməyib: “Gözümdəki problem anadangəlmə deyil. Belə ki, iki yaşımda bacım qələmlə oynayarkən bilmədən onu gözümə batırıb. Amma bu mənə problem yaratmır. Futbolu sevirəm, sona qədər oynamaq şansımı gözləyəcəm”.

Emre Azim

“Tuzlaspor” forması ilə ilk dəfə peşəkar oldum və birinci arzum həyata keçdi. Hər zaman anama söylədiyim bir söz var. İkinci hədəfim onun üçün ev almaqdı. Ondan sonra qazanacağım pulla gözümü əməliyyat etdirəcəm” deyə futbolçu əlavə edib.

…read more

From:: ANS