Hülya Avşardan gözlənilməz addım (VİDEO)

Son zamanlar Kılıçlaroğlu ilə mübahisələri yaranan Türkiyənin məşhur aktrisa və müğənnisi Hülya Avşar yenə diqqət mərkəzinə düşüb.

ANS PRESS-in məlumatına görə, Hülya Avşar bu dəfə səhər idmanı edərkən tanınmamaq üçün üzünü bağlaması ilə gündəmə gəlib.

Aktrisa dəniz kənarındakı Tarabya məhəlləsində idman edərkən gödəkçəsinin papağı ilə üzünü bağlayıb. Papağında üzərindən qulaqcıqlar keçiririb.

Hamıdan “gizlənməyi” bacaran H. Avşar bunu paparazzilərlə edə bilməyib.

Qeyd edək ki, bu hal aktrisa ilə ilk dəfə baş vermir. Müsahibələrinin birində o, tanınmamaq üçün papaq taxaraq motosiklet ilə gecə gəzintisinə çıxdığını bildirmişdi.

…read more

From:: ANS