Rusiyadan Türkiyəyə qarşı növbəti manevr (FOTO)

Rusiya Türkiyə – Suriya sərhədində aviabaza tikməyə hazırlaşır. ANS PRESS-in məlumatına görə, yeni aviabaza sərhəddə yerləşən Qamışlı şəhəri ərazisində tikiləcək.

Artıq rus hərbi nümayəndə heyətinin yanvarın 16-da Qamışlıya gəldiyi bildirilir. Qamışlı hava limanı və ona yaxın ərazilər gözdən keçirilib. Bu ərazi Suriya kürdləri üçün doğma ərazi hesab edilir, Qamışlı şəhəri və aeroport Əsəd qoşunlarının nəzarəti altındadır.

Suriyanın Əl Qamışlı şəhəri

Pentaqon rəsmilərinin fikrincə, yeni tikiləcək aviabaza Türkiyə-Rusiya münasibətlərinin daha da gərginləşməsinə səbəb olacaq. Ötən ilin noyabr ayında Rusiyaya məxsus Su-24 təyyarəsinin Türkiyə-Suriya sərhədində vurulmasından sonra iki ölkə arsında vəziyyət gərgin olaraq qalıb.

Rusiya ilə Suriya arasında ötən ilin avqustun 26-da əldə olunan razılaşmaya əsasən “Hmeymim” aviabazasının statusu dəyişib. 2016-cı ilin yanvarında razılaşmaya əsasən aviabaza tamamilə Rusiyanın ixtiyarına verilib.

“Hmeymim” aviabazası

İŞİD və Suriyadakı digər müxalif qrupların hərbi obyektlərinə zərbələr endirən rus təyyarələri “Hmeymim” aerodromundan havaya qalxır. Rus ordusunun ən son model bombardmançı təyyarəsi Su-34, həmçinin modernləşdirilmiş Su-24M bombardmançısı, Su-25 qırıcısı və digər hərbi texnikası bu bazada qərarlaşıb. …read more

From:: ANS