İlham Əliyev yenidən Gürcüstana gedir

Yaxın vaxtlarda Azərbaycan prezidenti İlham Əliyev Gürcüstana səfər edəcək.

ANS PRESS-in məlumatına görə, bu barədə Davosda İlham Əliyevlə görüşən Gürcüstanın baş naziri Georgi Kvirikaşvili jurnalistlərə açıqlamasında bildirib.

Kirikaşvili qeyd edib ki, Əliyevlə görüşdə təbii qazın nəqli ilə bağlı müzakirə aparılmayıb. Onun sözlərinə görə, bu, sırf texniki xarakterli məsələdir. Baş nazir bildirib ki, təbii qazın nəqli ilə bağlı məsələdə Gürcüstan və Azərbaycan arasında tamamilə heç bir fikir ayrılığı yoxdur.

“İlham Əliyevlə görüş dostluq və isti abu-havada keçdi. Biz həqiqətən təbii qazın nəqli barədə danışmadıq. Dövlətlərimiz arasında heç bir fikir ayrılığı yoxdur. Əksinə, biz birgə həyata keçirdiyimiz layihələrlə çox optimistik .İpək yolu layihəsi, Bakı-Tbilsi-Qars ölkələrimizin iqtisadiyatının inkişafı üçün əhəmiyyətli mənbə yaradacağıq”, – deyə Kvirikaşvili bildirib.

Onun sözlərinə görə, yaxın vaxtlarda Azərbaycan prezidenti Gürcüstana gedəcək.

Davos xəritədə

Qeyd edək ki, Azərbaycan prezidentinin Gürcüstana son səfəri keçən ilin noyabrında olub. …read more

From:: ANS