Putinin sərt ittihamı

Rusiya prezidenti Vladimir Putin Rusiya Lideral Demokrat Partiyasının (LDPR) lideri Vladimir Jirinovskinin rus dilinə daxil olmuş xarici sözlər barədə təklifini qiymətləndirib.

ANS PRESS-in məlumatına görə, Rusiya Dövlət Şurasında çıxış edən prezidenti həm də onun sinonimlər lüğətini də bəyənib.

“Sizin dediklərinizi dəstəkləyirəm. Həddindən artıq latınlaşmaqdan qaçmaq lazımdır. Məsələn, regionlara gedəndə məmurların səviyyəsini görürük. Hər şey latın sərlövhələrindədirsə… Biz hansı ölkədə yaşayırıq?..”,- deyə Vladimir Putin sual verib.

Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski bu gün Rusiya Dövlət Şurasında çıxış edən kənardan alınma sözləri işlətməyin əleyhinə çıxış edib. O, fraksiyasından parlamentdə belə sözləri istifadə edən deputatları cəzalandırmağa söz verib.

“Yadların yüzlərlə yad sözü rus dilini məhv edir. Uşaqlar düşünür ki, belə olmalıdır. Xaricilər düşünür ki, bizim öz sinonimlərimiz yoxdur. Biz özümüzü alçaldırıq. Götürək “mer” sözünü. Nə “mer”? O ki, “qradonaçalnik”dir”,- deyə Rusiya Dövlət Şurasında çıxış edən Vladimir Jirinovski bildirib.

LDPR lideri həm də öz redaktəsi altında nəşr edilmiş yeni lüğəti təqdim edib. Fraksiya lideri kitabını Rusiya prezidenti Vladimir Putinə də təqdim edəcəyini deyib. …read more

From:: ANS