2-ci Avropa Oyunlarının formatı dəyişə bilər


Avropa Oyunlarının açılış mərasimi

Cəmaləddin Rəhmanov Azərbaycanın növbəti Avropa Oyunlarına iştirakçı kimi qatılacağına heç bir şübhə olmadığını da bildirdi. MOK-un rəsmisi hesab edir ki, bütün dünyada hökm sürən böhran vəziyyəti bu cür nüfuzlu idman yarışlarına təsir etməməlidir:

“Böhran olması Avropa Oyunlarının dayandırılması demək deyil. Olimpiya oyunları ancaq müharibə dövrlərində dayandırılıb. Hollandiyanın Avropa oyunları keçirməkdən imtina etmə səbəbini dəqiq deyə bilmərik. Bu qitə oyunları elədir ki, Avropada mütləq davam edəcək. Belə bir şey mümkün deyil ki, Rusiya idmanı buraxıb böhran ilə məşğul olsun. Elə sahələr var ki, o davam etməlidir. Əgər böhranı əldə bayraq edib, işlə məşğul olmasaq, biz hansısa bir sahəni məhv edə bilərik.”

Bu ilin may ayında İspaniyanın

Rusiya 2019-cu ildə baş tutacaq İkinci Avropa Oyunlarına ev sahibliyinə iddialıdır. Avropa oyunlarının növbəti ev sahibi qonşu ölkə ola bilər.

Milli Olimpiya Komitəsinin İnformasiya və nəşriyyat idarəsinin rəisi Cəmaləddin Rəhmanov sözügedən məsələ ilə bağlı ANS PRESS-ə açıqlama verib.

Komitə rəsmisi Rusiyada bu yarışın keçirilmə səviyyəsi ilə bağlı hər hansı proqnozun verilməsini düzgün hesab etmir.

“Hər halda, rusların təcrübəsi də az deyil. Onlar Olimpiya oyunlarını keçiriblər. Heç də aşağı səviyyədə olmayıb. Bu dəfə də ruslar, əlbəttə, çalışacaqlar ki, bu oyunları Azərbaycandan aşağı səviyyədə təşkil etməsinlər. Bundan başqa, Rusiya Yeniyetmələrin Ümumdünya Oyunlarını keçirməyi də təklif edib. Belə ki, bir dəfə keçirdilər, amma sonradan ikinci dəfə başqa ölkə keçirmədiyi üçün ruslar bir daha oyunları ölkələrində təşkil etdilər. Lakin formatı sıxdılar, Baltikyanı və MDB ölkələrinin oyunu etdilər. Bu, o deməkdir ki, istənilən oyunlarda bu hadisələr baş verə bilər”, – deyə qurum rəsmisi əlavə etdi.

Onun sözlərinə görə, hansısa idman oyunları üçün xüsusi format yaradılmır:

“Avropa oyunlarının müəyyən formatı var. Genişləndirilməsi və ya müəyyən istiqamətdə əlavələr olunması mümkündür. Olimpiya oyunlarının tarixində belə şeylər olub. Məsələn, əvvəl məşəl mərasimi olmayıb, açılış protokolunda müəyyən dəyişikliklər olub. Eynilə Avropa Oyunları ilə bağlı da tədricən dəyişiklər baş verə bilər.

Avropa Oyunlarının açılış mərasimi

Cəmaləddin Rəhmanov Azərbaycanın növbəti Avropa Oyunlarına iştirakçı kimi qatılacağına heç bir şübhə olmadığını da bildirdi. MOK-un rəsmisi hesab edir ki, bütün dünyada hökm sürən böhran vəziyyəti bu cür nüfuzlu idman yarışlarına təsir etməməlidir:

“Böhran olması Avropa Oyunlarının dayandırılması demək deyil. Olimpiya oyunları ancaq müharibə dövrlərində dayandırılıb. Hollandiyanın Avropa oyunları keçirməkdən imtina etmə səbəbini dəqiq deyə bilmərik. Bu qitə oyunları elədir ki, Avropada mütləq davam edəcək. Belə bir şey mümkün deyil ki, Rusiya idmanı buraxıb böhran ilə məşğul olsun. Elə sahələr var ki, o davam etməlidir. Əgər böhranı əldə bayraq edib, işlə məşğul olmasaq, biz hansısa bir sahəni …read more

From:: ANS