Həmsədrlər bəyanat yaydı

“ATƏT-in Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllinin tapılması səylərini alqışlayır”. ANS PRESS-in məlumatına görə, bu, ATƏT-in Minsk qrupunun həmsədrləri amerikalı Ceyms Uorlik, rusiyalı İqor Popov və fransalı Pyer Andryunun bu gün yayılan birgə bəyanatında deyilir.

Onlar sülh yolu ilə həllə sadiq tərəflərlə birlikdə işləməyə hazır olduqlarını bəyan ediblər.

Bəyanatda bildirilir: “Biz anlayırıq ki, Avropa Şurası Parlament Assambleyası (AŞPA) yaxın vaxtlarda münaqişə ilə bağlı qətnaməyə baxa bilər və biz AŞPA-ya, digər regional və beynəlxalq təşkilatlara xatırlatmaq istəyirik ki, Minsk qrupu danışıqlar üçün yeganə məqbul format olaraq qalır.

İqor Popov – Rusiya

Ceyms Uorlik – ABŞ

Biz AŞPA üzvləri tərəfindən göstərilən marağı qiymətləndiririk. Lakin bildiririk ki, ATƏT-in Minsk qrupunun mandatına xələl gətirəcək və davam edən danışıqlar prosesini çətinləşdirəcək addımlar atıla bilməz”.

Xatırladaq ki, AŞPA-nın 25-29 yanvar tarixlərində keçiriləcək iclasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi müzakirə ediləcək. Hesabatların müəllifləri Robert Volter və Militsa Markoviçdir. …read more

From:: ANS