ADY Çinin CAC şirkətinin nümayəndə heyətini qəbul edib (FOTO)

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində Çin Xalq Respublikasının “Cedar Ave Capital” şirkətinin nümayəndə heyəti ilə görüş keçirilib.

ANS PRESS-in məlumatına görə, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov Azərbaycan Dəmir Yolunda həyata keçirilən layihələr, qarşıda duran vəzifələr haqqında ətraflı məlumat verdi.

Bildirib ki, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin ölkəmizin ərazisindən keçən hissəsində işlərin sürətləndirilməsi zamanın tələbidir. Bu məqsədlə Azərbaycan prezidenti İlham Əliyev 7 dekabr 2015-ci ildə “Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycan ərazisindən keçən hissəsində işlərin sürətləndirilməsi haqqında” sərəncam imzalayıb. Sərəncama əsasən, üzərimizə düşən vəzifəni layiqincə yerinə yetirmək üçün bütün qüvvələri səfərbər edirik”.

Görüşdə “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin reallaşması istiqamətində görülən işlər, eləcə də 3 avqust 2015-ci ildən etibarən Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu üzrə həyata keçirilən konteyner daşımaları ilə bağlı fikir mübadiləsi aparılıb.

İkitərəfli əməkdaşlığın bundan sonra daha da genişləndirilməsi qərara alınıb. …read more

From:: ANS