İŞİD Castin Biberdən istifadə edir (FOTO)

İŞİD öz videolarına baxış sayını artırmaq üçün məşhur müğənni Castin Biberin adından istifadə edir. ANS PRESS-in məlumatına görə, İŞİD terror qruplaşması internetdə yayımladığı işgəncə edam videolarında Castin Biber “heşteq”indən istifadə edərək baxış sayının artmasına nail olur. Gənclərin sevimlisi olan məşhur müğənninin fanatları axtarış edən zaman qarşılarına işgəncə dolu videolar çıxır.

Təkcə “Twitter” də 74 milyondan artıq izləyicisi olan müğənninin sayəsində videolar sürətlə baxış sayı yığır.

Paylaşılan videonun “heşteq”i

Onların paylaşdığı son videoda 4 livanlının edamı əks olunub. Castin Biber “heşteq”indən istifadə edildiyi üçün video həddindən artıq baxış sayı toplaya bilib.

Son hadisələrə münasibət bildirməyən müğənni ancaq “Twitter” hesabından “mən qorxmalıyam?” deyə sual verib. …read more

From:: ANS