Ukraynadan “Qazprom”a milyardlıq cərimə

Ukraynanın antiinhisar komitəsi Rusiyanın “Qazprom” şirkətini 3,4 milyard dollar cərimə edib.

ANS PRESS-in məlumatına görə, bu barədə komitənin rəhbəri Yuri Terentyev “Facebook” səhifəsində xəbər verib.
Ukraynanın dövlət orqanı “Qazprom”u qaz bazarında inhisarçılıqdan sui-istifadə etməkdə günahlandırır.

Bu, Rusiya və Ukrayna arasında ilk məhkəmə qalmaqalı deyil. Bir müddət əvvəl “Qazprom” Ukraynanın “Naftoqaz” şirkətinin 2,5 milyard dollar cərimə ödəməsi ilə bağlı iddia qaldırmışdı.

ГАЗПРОМЩойно прийняте рішення щодо зловживання монопольним становищем на ринку транзиту природного газу магістральними…

Posted by Yuriy Terentyev on Cümə, 22 Yanvar 2016
Yuri Terentyevin “Facebook” statusu

Ukrayna münaqişəsi yarandıqdan sonra hər iki dövlət bir-birini dəfələrlə məhkəməyə verəcəyi ilə hədələyib. Məhkəmə münaqişələrində ən böyük məbləği Ukrayna tələb edir.

Yuri Terentyev – Ukraynanın antiinhisar komitəsinin rəhbəri

Kiyev Rusiyadan Krım və Donbassa görə azı 1 trilyon dollar ödəməsini istəyir.

Rusiya 2014-cü ildə referendum keçirərək Ukrayanın Krım yarımadasını ilhaq edib. Daha sonra Donbass regionunda qondarma respublikalar yaradıb. Bütün bunlar iki ölkə arasında münasibətlərin gərginləşməsinə səbəb oldu.

Amma məhkəmə çəkişmələrinə baxmayaraq Ukrayna bu il də Rusiya qazını əvvəlki qaydalarla ala biləcək.
Ukrayna hökuməti Rusiyadan hazırkı qiymətlərlə qaz almaq istəmədiyini açıqlayıb. Onlar min kubmetrə 200 dollar təklif etsələr də Rusiya bunu nəzərə almayaraq ixracı 230 dollardan davam etdirmək niyyətini açıqlayıb. “Qazprom” şirkəti də Ukraynaya qazın qiymətində güzəşt olunmayacağını bildirmişdi. …read more

From:: ANS