Bakı sakininin avtomobili Qubada tapıldı

İdarə etdiyi avtomobili Qubada tapılan sürücünün axtarışları hələ bir nəticə verməyib.

ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, 2015-ci il dekabrın 16-dan Bakının Yasamal rayon polis idarəsi tərəfindən itkin düşmüş kimi qeydə alınan Bakı sakini Elçin Bayramovun axtarışları bu günədək heç bir nəticə verməyib.

Onun qardaşı Emin Bayramov Elçinin etibarnamə ilə idarə etdiyi “Ford Tranzit” markalı yük avtomobili ilə itkin düşməsi barədə Yasamal polisinə məlumat verib.

Dekabrın 18-də isə Quba rayonunun Talabı kəndi ərazisində meşədə Elçin Bayramovun idarə etdiyi “Ford Tranzit” markalı avtomobil tapılsa da sürücünü tapmaq mümkün olmayıb.

Faktla bağlı Quba prokurorunun köməkçisi Ramiz Nəbiyevin ANS-ə verdiyi məlumata görə, rayon prokurorluğunda “qəsdən adam öldürmə” maddəsi ilə cinayət işi açılıb, Quba polisi ilə birgə istintaq-əməliyyat axtarış tədbirləri aparılır.

Quba poliş şöbəsindən bildirilib ki, Elçin Bayramov barəsində məlumatı olanlardan aşağıdakı nömrələrə zəng vurub məlumat vermələri xahiş olunur. (02333)5-35-11,5-37-02,5-32-41,055-220-75-08

…read more

From:: ANS