Obama Putinə qarşı mövqeyini dəyişir

Yaxın aylarda Rusiyaya qarşı olan sanksiyalar aradan qaldırıla bilər.

ANS PRESS-in məlumatına görə, bu barədə ABŞ-ın dövlət katibi Con Kerri Davosda çıxışı zamanı bəyan edib. O, əmindir ki, Rusiya ikinci dəfə Minsk sazişini yerinə yetirəcək.

“Yaxın aylarda Minsk sazişi həyata keçirilməlidir. Bu, Rusiyaya qarşı ABŞ sanksiyalarının ləğv edilməsinə səbəb olacaq”, – deyə o əlavə edib.

“Bu həftənin əvvəli burada, Davosda mən və ABŞ-ın vitse-prezidenti Bayden Co Ukrayna prezidenti Pyotr Poroşenko ilə görüşdük ki, Minsk sazişinin yerinə yetirilməsinə tam nəzarətdə köməklik edək. Mən əminəm ki, hər iki tərəfin səyi və problemlərin legitim həlli Minsk sazişinin yerinə yetirilməsinə cəhdi ortaya çıxaracaq ki, bu da sanksiyaların aradan qaldırılmasına səbəb olacaq”, – deyə katib əlavə etdi.

Con Kerri – ABŞ-ın dövlət katibi

Keçən həftə ABŞ dövlət departamentinin koordinatoru Daniel Frid sanksiyalar barədə danışaraq onun yalnız Minsk sazişinin yerinə yetirilməsindən sonra ləğv oluna biləcəyini qeyd edib. O bildirib ki, bununla bağlı Donbasda “döyüşün dayandırılması və Ukraynanın şərq sərhədinin bərpa edilməsi” ilə bağlı seçki keçirilməlidir. Bundan əlavə o vurğulayıb ki, Rusiya diplomatik danışıqlar üçün tam hazırdır və sanksiyalar 2016-cı ildə ləğv oluna bilər.

Daniel Frid – ABŞ dövlət departamentinin koordinatoru

İkinci Minsk razılaşması 2015-ci il fevralın 12-də qəbul olunub. Danışıqlarda aşağıdakı ölkələrin nümayəndələri və ATƏT-in müşahidəçiləri iştirak ediblər:

Sazişə əsasən tərəflər qoşunlarını 15 fevral 00:00 tarixindən etibarən cəbhə xəttinə qədər geri çəkməli və ağır silahları döyüş mərkəzlərindən çıxarmalı idi. 16-17 fevral tarixlərində Luqansk və Donetsk vilayətlərində atəşkəsə əməl edilsə də, ayın 18-dən etibarən Debaltsev şəhəri uğrunda döyüşlər yenidən şiddətlənib.

Luqansk və Donetsk əraziləri …read more

From:: ANS