Rusiyadan Ermənistana qadağa

Rusiya Ermənistandan bir sıra məhsulların ölkəyə idxalına qadağa qoyub.

ANS PRESS-in məlumatına görə, Rusiyanın Veterinar və Fitosanitar Nəzarət üzrə Federal Xidməti Ermənistandakı qeyri-sabit epizootik vəziyyətlə əlaqədar bu ölkədən bir sıra kənd təsərrüfatı məhsullarının Rusiyaya aparılmasını müvəqətti olaraq dayandırıb.

Qadağaya səbəb kimi Ermənistanda heyvanlar arasında dabaq xəstəliyinin geniş yayılması və Rusiyada bu xəstəliyin yayılma riskinin yüksək olması açıqlanıb.

Rusiyaya idxalı dayandırılan kənd təsərrüfatı məhsulları arasında dabaq xəstəliyinə həssas donuz, öküz, camış, qoyun, keçi və bu heyvanların əti, eləcə də onlardan alınan genetik məhsullar var. Həmçinin süd və süd məhsulları, eləcə də dabaq viruslarını məhv edən texnologiya ilə işlənməmiş yun, dəri məmulatları da müvəqətti olaraq Ermənistandan Rusiya ərazisinə keçirilə bilməyəcək.

Rusiya bu ilin əvvəlindən Türkiyə və Ukrayna məhsullarına da embarqo qoymuşdu.

Belə ki, yanvarın 1-dən həm Türkiyədən, həm də Ukraynadan bir sıra məhsulların idxalı dayandırılıb.

Ermənistandan fərqli olaraq, Rusiyanın bu ölkələrlə ticarət əlaqələrini pozması siyasi amillərlə bağlıdır. Türkiyə ilə münasibətlərin pozulması ötən ilin noyabrında Rusiyaya məxsus Su-24 qırıcı təyyarəsinin türklər tərəfindən vurulmasına görə olmuşdu.

Türkiyə tərəfindən vurulan Rusiyaya məxsus Su-24 təyyarəsi

Ukrayna ilə isə siyasi-iqtisadi münasibətlərin gərginləşməsi Krıma görə baş vermişdi. Ukrayna hökumətinin Avropa İttifaqının Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara qoşulması səbəbindən Rusiya prezidenti Vladimir Putin Ukrayna ilə azad ticarət zonası haqqında sazişin dayandırılmasına dair fərman imzalamışdı.

Rusiyanın ardınca Ukrayna da 2016-cı il yanvarın 10-dan bu ölkədən ərzaq məhsullarının gətirilməsini rəsmən qadağan etmişdi. …read more

From:: ANS