Obama: Həmin gün ağlayacağam (FOTO)

ABŞ prezidenti Barak Obama qızının son zəng günündə ağlayacağını etiraf etdi.

ANS PRESS-in məlumatına görə, prezidentin 17 yaşlı qızı Maliya En Obama bu il Vaşınqtonda məzun olacaq.

“Maliyanın məktəbində mənə təklif etdilər ki, mərasimdə çıxış edərək nitq söyləyim. Lakin mən qəbul etmədim. Mən sadəcə qara eynək taxıb ağlayacam”, – deyə Obama bildirib.

Barak Obamanın qızları: Maliya və Saşa

Təmtəraqlı mərasim bu ilin yaz mövsumundə olacaq. Prezidentin qızı məktəbi bitirdikdən sonra kollecə daxil olacaq. Belə halda isə Maliya evi tərk etməli olacaq. Əvvəl məlumat yayılıb ki, Barak Obamanın ən böyük qorxusu qızının evi tərk edən gün olacaq.

Vaşinqtonun xəritəsi

Barak Obama və Mişel Obama 1992-ci ildə evləniblər. Onların 2 övladı var. Bunlar 14 yaşlı Saşa ilə Maliyadır. …read more

From:: ANS