Devalvasiya F1-in büdcəsinə təsir etməyəcək (VİDEO)

Neftin dünya bazarında qiymətinin düşməsi ölkəmizdə keçiriləcək Formula 1 Qran Prisinə təsir etməyəcək.

ANS TV-nin məlumatına görə, bu barədə Eurosport saytı xəbər yayıb. Məlumatda bildirilib ki, iyun ayında Bakıda keçiriləcək Formula 1 yarışları üçün ayrılan büdcə dollarla qəbul olunub və büdcədə heç bir dəyişiklik gözlənilmir.

Yarışların keçirilməsi üçün Formula 1-in reklam hüquqları sahibkarına ödənilən məbləğ müxtəlif olur. Məsələn, Bəhreyn və Əbu-Dabi hər il bu cür yarışlara əlavə olaraq 40 milyon dollar pul xərcləyir. Bakıda keçiriləcək yarışların infrastruktur xərcləri də təşkilatçılara aiddir. Təşkilatçıların sözlərinə görə, yarışlara 28 min azarkeşin qatılacağı gözlənilir. Azarkeşlərin hazırkı vəziyyətlə əlaqədar narahatlıq keçirməsinə heç bir əsas yoxdur.

Təşkilatçılar ölkənin qazancı barədə də danışıb. Formula 1 yarışları Azərbaycanın turizminə də yaxın və uzaq prespektivdə təsir edəcək. Restoran və kafelər, otellər, pərakəndə satış mərkəzlərinin milyonlarla pul qazanacağı gözlənilir.

…read more

From:: ANS