Gümrüdə bütöv ailəni qətlə yetirən əsgər yenidən məhkəmə qarşısında


Məhkəmə prosesindən fotolar

Valeri Permyakov yanvarın 12-də Gümrü şəhərində Avetisyan ailəsinin 6 üzvünü qətlə yetirib. Qanlı gecədə sağ qalan 6 aylıq Seryoja isə bir həftə sonra xəstəxanada dünyasını dəyişib. Valeri Permyakovu

Ermənistanın Gümrü şəhərində Avetisyan ailəsini qətlə yetirən rusiyalı əsgər Valeri Permyakovun işi üzrə məhkəmə prosesində ittihamın yekun hissəsi oxunub.

ANS PRESS-in Ermənistan kütləvi informasiya vasitələrinə istinadən verdiyi məlumata görə, yeddi ailə üzvünün, o cümlədən iki azyaşlı uşağın dəhşətli qətlinin təfərrüatları zalda mənfi reaksiyalara səbəb olub.

Məhkəmə zamanı hakim Artyun Movsisyanın sualına cavablandıran Permyakov bəyan edib ki, o özünü günahkar sayır. Hakimin “özünüzü konkret nədə günahkar bilirsiniz” sualına isə Permyakov – “hər şeydə”- deyə cavab verib.

Məhkəmə prosesində fasilə elan edilib. Buna səbəb zərər çəkənlərin qohumlarının halının pisləşməsi olub. Belə ki, şahid qismində ifadə verən qətlə yetirilmiş Asmik Avetisyanın bacısı Rita Petrosyan ifadə verərkən öldürülənin qızı Lusine və digər bacısı Məryam Petrosyan həyəcanlanıblar və vəziyyətləri ağırlaşıb. Əraziyə gələn təcili yardım əməkdaşları qadınlara kömək göstəriblər.

Məhkəmə prosesindən fotolar

Valeri Permyakov yanvarın 12-də Gümrü şəhərində Avetisyan ailəsinin 6 üzvünü qətlə yetirib. Qanlı gecədə sağ qalan 6 aylıq Seryoja isə bir həftə sonra xəstəxanada dünyasını dəyişib. Valeri Permyakovu Ermənistan- Türkiyə sərhədində yerləşən Bayandur kəndində Rusiya sərhədçiləri saxlayıb.

Hadisə Ermənistanda Rusiya hərbi bazasına qarşı ciddi etirazlara səbəb olub. Yüzlərlə insan İrəvandan Gümrüyə axın edərək hərbi bazanın və Rusiya konsulluğunun qarşısında etiraz mitinqi keçirib. Aksiyalar zamanı etirazçılarla polis arasında qarşıdurma yaşanıb. Aksiyada Rusiya bayrağı ayaqlar altına atılaraq tapdanıb.

Gümrüdəki aksiya

Valeri Permyakovun ilk məhkəmə prosesi də kütləvi narazılıqlarla müşayiət olunmuşdu. Ötən ilin avqust ayında keçirilən həmin məhkəmə də rus hərbi bazasında baş tutub ki, bu da etirazlara səbəb olub. O zaman da polislə etirazçılar arasında qarşıdurma yaranıb. Həmin prosesdə Permyakov fərarilikdə və silah oğurluğunda günahlandırılıb. Eyni zamanda məhkəmədə Permyakov günahkar olduğunu və bir ailəni qətlə yetirdiyini boynuna almışdı.

Qətlə yetirilən Avetisyan ailəsinin dəfn mərasimi

Dekabrın 13-də keçirilən məhkəmə prosesi də narazılıqlara səbəb olub.Səbəb – məhkəmənin Rusiyaya məxsus 102-ci hərbi bazada keçirilməsidir. Ruslar bunu təhlükəsizliyin təmin edilməsi …read more

From:: ANS