Emoməli Rəhmon Tacikistanın ömürlük prezidenti olacaq

Tacikistan prezidenti Emoməli Rəhmon artıq ölkənin idarəetməsini ömrünün sonuna qədər həyata keçirə biləcək.

ANS PRESS-in məlumatına görə, Tacikistan parlamentinin aşağı palatasının deputatları yekdilliklə Konstitusiyaya Emoməli Rəhmonun istədiyi qədər prezident seçilə bilməsi hüququnu dəstəkləyən dəyişikliyi təsdiqləyiblər.

Bu dəyişikliklər isə Konstitusiya Məhkəməsinin baxışından və referendumda xalqın ümumi razılığından sonra qüvvəyə minəcək.

Artıq parlament qəbul edilən layihəni Konstitusiya Məhkəməsinə göndərib. Bundan sonra referendumun vaxtı dəqiqləşdiriləcək və yenilik xalqın səsverməsindən sonra qəbul ediləcək.

Ölkənin əsas qanununun 66-cı maddəsinə edilən yeni redaksiyada qeyd olunur ki, Tacikistan Respublikasının prezidenti vəzifəsinə namizədin yaşı 30-dan az olmayan, dövlət dilini bilən və son 10 ildə ölkənin ərazisində yaşayan şəxs olmalıdır.

Parlamentin deputatı Məhmədəli Vətənzodə isə bu bəndə yeni məzmunda əlavə təklif edib:

“Bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər “sülh və milli birliyin banisi” sayılan millətin liderinə aid edilmir”.

64 yaşlı Emoməli Rəhmona “Sülhün və milli bərabərliyin banisi – Millətin Lideri” statusu ötən ilin dekabrında verilib. Tacikistanın 3-cü prezidentidir.

1994-cü ilin noyabrında prezident seçilən Rəhmon Konstitusiya dәyişikliklәrinin ardından 97 sәs alaraq 7 illik vәzifәdən sonra 6 noyabr 1999-cu ildә növbəti dəfə prezident seçilib. Sonuncu dəfə o, 2013-cü ilin noyabrında prezident seçilib. …read more

From:: ANS