İlham Əliyev Davosda: Bu, kiçik bir etiraz idi

“Nefti daha aşağı qiymətlərdə görmək çətindir. Ancaq bu gün bunu gördükdən sonra artıq buna da təəccüblənməyəcəyik. Əlbəttə, buna hazır deyildik. Biz Azərbaycanda özümüzü neftsonrası dövrə – 20 il sonraya hazırlayırdıq. Buna görə də bu, bizim üçün gözlənilməz oldu”.

ANS PRESS-in məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Davosda Dünya İqtisadi Forumu çərçivəsində keçirilən “Yeni enerji tarazlığı” mövzusunda sessiyada deyib. Sessiyanın aparıcısı, CNN-in redaktoru Con Defterios Azərbaycan liderini və digər qonaqları təqdim edərək deyib: “Cənab Prezident, Sizə “Brent” markalı neftin 28 dollara düşəcəyini desəydim, mənim günorta yeməyində su və ya çay əvəzinə başqa bir şey içdiyimi düşünərdiniz. Cənab Prezident, bizə bu gün neftin qiymətini gördükdə necə təəccüb keçirdiyinizi, qiymətlər daha da aşağı düşməyə davam edərsə, gələcəyi necə planlaşdıracağınızı danışın”.

Prezident bunun Azərbaycan iqtisadiyyatı üçün bir zərbə olduğunu deyib. O qeyd edib ki, bu il büdcə neftin 50 dollar qiymətinə görə, ötən il isə 90 dollar qiymətinə görə planlaşdırmışdı. “Biz xərclərimizi, investisiyalarımızı azaltmalı və sosial təminatı eynilə saxlamalı olduq. Bizim iqtisadiyyatımız sabit və davamlıdır. Bizim geniş ehtiyatlarımız var. Bu vəziyyəti tarazlaşdıra bilərik. Ancaq bu vəziyyət daha uzun müddətə davam edərsə, əlbəttə, bu, büdcəmizə ciddi təsir göstərəcək”.

Aparıcının “real olaraq Siz OPEC üzvü olmadan gündəlik 800 min barrel neft istehsal edirsiniz. Heç OPEC-lə əlaqə yaradıb “Azərbaycanda çətinlik çəkirik, bununla əlaqəli bir şey etməliyik” demisinizmi?” sualıana cavabı isə belə olub.

“Biz bunu etməyə hazırıq. Əslində bu mövzu bir sıra OPEC üzvü olan ölkələrlə müzakirələrimizin bir hissəsi olub. Biz böyük istehsalçı deyilik. Ancaq düşünürəm ki, OPEC üzvləri və OPEC üzvü olmayan böyük istehsalçılar arasında istehsalın azaldılması istiqamətində daha yaxşı koordinasiya olsa, bəlkə də bir nəticə əldə edərik. Çünki təəssüflər olsun ki, hər OPEC üzvlərinin görüşündən sonra neftin qiyməti aşağı düşür. Bu səbəbdən də yeni mümkün görüşdən ehtiyatlanırıq. Bəlkə də bu görüşü keçirməmək daha yaxşıdır”.

“Yeni enerji tarazlığı” mövzusunda sessiya

İ.Əliyev qeyd …read more

From:: ANS